Kimsə
bilməz, bilməzlər balıqların, dənizlərin göz yaşları olduğunu. Quşlar da xəbərsizdirlər
göy üzünün, insanın və Tanrının göz yaşlarıından. Ən gözəl şeirlərin, ölümlərin
və ayrılıqların ayaq izlərinə yazıldığını, aşiqlərin özlərini ay işığından asıb
həyatdan köçdüklərini də bilən yoxdur, yox. Qanlı savaşların şeytan əməli,
insan qəlbinin üsyanı olduğunu, hər mələyin köksündə bir iblisin yatdığını da
bilən azdır. “Ayrılaq”, - dedi gözəl qız sevdiyi oğlana və ayrıldılar. Hekayələrdə
olduğu, şeirlərdə yazıldığı kimi. Ən çox birlikdə dəniz kənarında gəzməyi,
qağayıları seyr etməyi sevərdi, ancaq olmadı. Son ümidini də öldürdülər,
qoparıb atdılar ürəyindən. Bağçası olan bir ev, balaca uşaqlar, bir sözlə, hər
kəsin xəyalında canlandırdığı bir həyat arzuladı, fəqət olmadı. Daha böyük xəyalların
ayaqları altında qaldı onun xəyalları. “Görəsən heç sevmişdimi onu ürəyinin
coğrafiyyasında dövlət quran o gözəl?” Ən çox düşündüyü bu idi. Ancaq sualına
cavab tapa bilmədi. Az- çox tanıyırdı bu həyatı, insanlara da bələd idi. Sevgi
- böyük şəhərlərdə eyş-işrət içərisində yaşamaq, bahalı maşınlara minməkdi
onlar üçün. Ən çox oxunan yazarlar da aclıq və sevgisizlik məngənəsində
boğulur, ölürdülər. Ömründə bir kitabı əvvəldən sonacan oxumayanlar isə dünya
gözəllərinə sahib olur, zənginləşir, ən gözəl evlərdə yaşayır, həyatdan kam
alırdılar. Bax, belə bir həyatdı onun yaşadığı. Dəniz kənarındakı balaca bir qəsəbədə
böyük xəyallar qurmağın bədəlini indi çox acı ödəyirdi. Sevdiyi qız bahalı
maşında, möhtəşəm bir evə gəlin köçdü, gözlərinin qarşısında. Əlindən nə gələrdi?
Özünü dənizə atmağa da gücü, iradəsi çatmadı. İnsan bəzən çox acizləşir,
miskinləşir. Hər axşam bu balaca qəsəbədə batan Günəş ertəsi gün sübh çağı tezdən
bütün dünyanı aydınlatmaq üçün doğurdu. O da yenidən doğa biləcəkdimi?! Bax
indi tək düşündüyü bu idi. Dünya yəni bu qədərmi mənasızdı, fanidir, bu qədərmi
hər şey ucuzdur? Bu suallar az qala onun ağlını başından alacaqdı. Artıq
ayaqları bədənini daşıyacaq qədər qüvvətli deyildi. Hər səhər tezdən qalxır, nəfəsi
kəsilənə, gücü tükənənə qədər dənizin sahilində qaçır, sonra da yarıqaranlıq
otağındakı masanın arxasına keçib kitablarını oxuyurdu. Hər kitabı yenidən, dönə-dönə
vərəqləyirdi. Beynini yoran sualların cavabını sanki kitablarda tapmaq istəyirdi.
Bu yolla çəkdiyi dərin acılardan yaxa quryarmaq istəyirdi. Fəqət həmin
kitabları da insanlar yazmışdı. Odur ki, Allahın göndərdiyi kitabları da oxudu.
O müqəddəs kitablarda da ölüm vardı, ayrılıq vardı, acılar vardı, sızıltılar
vardı. Zəkəriyyənin doğrandığından, Yəhyanın başının kəsildiyinaən, İsanın
çarmıxa çəkildiyindən danışırdı həmin kitablar. Anladı ki, Allahın elçilərinə
daş atanlar ona heç vaxt gül atmayacaq. Hələ insan övladı bədənə bürünməmişdən
öncə Allaha söz vermişdi. Dünyada ona qul olacaq deyə. Ancaq dünyanın gözəlliklərini
görüncə vədini unutdu. Allaha bixələf çıxan nə gözləlardan nə uma bilərdi ki?
Heç nə. Fəqət həmin insanlardan intiqamını almaq istəyirdi. Qaşları çatıldı,
alnı düyünlədi. Günlərlə, aylarla düşündü. Hər səhər qaçmaqla ayaqlarını gücləndirdi.
İndi ayaqları onun sözünə baxırdı, onu daşıya biləcək halda idi. Çoxlu kitab
oxumaqla beynini gücləndirdi. Daha bədənini idarə edə bilirdi. Artıq qərarını
vermişdi. Yazacaqdı, dünyanın ən gözəl əsərin həyat verərcək, hər kəsi məftun
edəcək, ən böyük mükafatları qazanacaqdı. Şana-şöhrətə çatacaqdı. Bir gün bu
balaca qəsəbədən gedəcəyinə qərar vermişdi. Axı bu insanlar böyük şəhərdə nə
görmüşdülər? Yerindən duran ora qaçırdı. Onun sevgilisi də böyük şəhərin həsrətində
idi. Yuxularında görürdü iri şəhərin gözılliklərini, özəlliklərini. Bu xəyalların
qanadlarında yalnız böyük şəhərdə yaşadığı üçün birisinə ərə getdi.
Bəli, yazacaq və bir
gün çox zəngin olacaqdı. Bilirdi insanların pula sitayiş etdiyini, Allaha
qulluq edənləri azadlığa çağırıb, özlərinin isə nəfslərinə qul olduqlarını. Bu
insanlardan intiqam almağın tək yolu zəngin olmaqdı. Beləcə başladı yazmağa.
Böyük hekayələri uzun fikirlərlə yazmağı xoşlamırdı. Hələ ki, roman yazmaq onun
üçün bir işgəncə idi. Səbri çatmazdı uzun-uzadı yazmağa. Başladımı, bitirmədən
qalxmazdı masasından. Yenə elə edəcəkdi, ancaq bu dəfə günlərcə yazmalı idi,
gecə-gündüz demədən, yuxusuz gecələr keçirərəkdi. Özünə söz vermişdi. Bütün bədənin
bürüyən zəhərin barmaqlarının ucundan kağıza necə axdığını duyur, dayanmadan
yazırdı. Sanki düşmənlərindən intiqam alır, yazdığı hər söz bu həyata, sevgini
nifrətin qucağına əyləşdirdikləri bu dövrana, dolanışığa, yalana, vəfasizlığa
onun üsyanı idi. Günəş batandan sonra yorğunluq hiss etsə də, masadan
qalxmirdı. Qəribə idi. Bədəni yorulduqca sanki beyni daha yaxşı işləyir, düşüncələri
qol-qanad açırdı. Bir süvari düşmən kralını necə qovurdusa, o da sözləri
cilalayır, qələbəyə yaxınlaşırdı. Dayanmadan qaçmalı idi boz küheylan, bəlkə
çatlayacaqdı bu yolda, ancaq çatacağı yer ölümdən gözəl olacaqdı. Afərin belə
ölümə. Bu kövrək düşüncələrlə gecəsini gündüzünə qatdı. Yazdı, yazdı. İndiyə qədər
oxuduğu sevgi hekayələrindən ən gözəlini qələmə alırdı. Fəqət burada acı çəkən
o, çox sevən, canından çox sevən deyildi. Ona gözəl bir ölümlə unutdurdu
yaşadığı acıları, sonra cənnətdə təsvir elədi onu, ən sevgilin-ən gözəlin
hüzurunda. O az sevəni isə uzunca yaşatdı, sözlərində. Evləndi, uşaqları oldu,
Allah-taala ona şöhrət hər şey - var-dövlət, pul, şan-şöhrət, hörmət, nüfuz
verdi ona. Ay keçdi, il dolandı. Bir gün ömrünün payızı gəldi. Yavaş- yavaş.
Heç bilmədi nə zaman gəldi. Amma gəldi. O ormanlarda yalnız ağaclar olur (?).
Hanı yazın yaşılında məğrurca, tək başına dayanan, kimsəyə ehtiyac duymadan
yaşayacağını düşünən, fəqət payızın acı romantikasında beli bükülən, qış gəldiyi
zaman isə torpağa başa əyən....
Bax onun da taleyi belə oldu. Tək
başına qoydu ömrünün payızında. Hər şeyi vardı, ancaq tənha bir ağacdı o, ömür
adlı ormanda. Yaşadıqca yaşadı, ölmək üçün çox dua etsə də, yaşadı. Alnındakı
qırışları artdı, beli büküldü, lakin yaşamaqda davam etdi.... Onun hər anını, hər
peşmanlığını yazdı, sevgilərin ən gözəlini yaza bilməsə də, acıların,
peşmanlıqların ən böyüyünü yaza bildi, bunu bacardı. Ətrafda olanlara qısa həyat
mənasız gəlirdi, ancaq o, uzun bir həyatın acılarını qələmə almaqla insanlara dərs
vermək istəyirdi. O, ölümün son olmadığını, sadəcə bir başlanğıc olduğunu, ölmək
üçün belə yalvaranların olduğunu və ən nəhayət, bu həyatın o qədər də uzun sürmədiyini,
lakin bəzən hər anının əsrlərə tay tutulduğunu, insanın ölmək üçün
yalvardığını, ancaq ölümün belə son olmayıb, hesabın davam edəcəyini anlatmaq
istəyirdi. Artıq bitmişdi hekayə olan bu roman. Başı yavaşca masasına düşdü. Xöşbəxtdi,
elə bu an ölə bilərdi, ancaq görəcəyi işlər bitməmişdi. Roman çap ediləcək,
mükafat qazanacaq, o büyük şəhərdəki evi alıb buralardan gedəcəkdi... Romanı
çap etdirmək üçün pul lazımdı, pul tapa bilmədi. Nə qədər axtarsa da, ancaq
olmalıydı, bu roman çap edilməli, o, insanlardan intiqamını almalı idi, böyrəyinin
birini satıb romanını çap etdirdi. Qısa zaman kəsiyində məşhurlaşdı roman.
Kitab oxumağı sevən hər kəs oxudu yazdıqlarını, xarici dillərə tərcümə edildi,
mükafatlara namizəd göstərildi, hətta mükafatlar qazandı.. İndi pulu vardı,
böyük şəhərdə istədiyi evi satın ala bilərdi. Çox düşündü, çox daşındı: nə
etsin, necə etsin? Şöhrətlidir, varlıdır, nüfuzludur, sayılıb-seçiləndir. Bəzi
yaramazlardan qisasını almışdı. Fəqət məqsədinə çatmaq ərəfəsində fikrindən vaz
keçdi. O, böyük şəhərdəki evi ala bilərdi. Lakin ora köçsəydi, orda həyatla
vidalaşsa idi, o, insanlardan deyil, insanlar ondan intiqamını almış olacaqdı.
Bu, səbəbsiz deyildi. Onların istəyi kimi yaşamaq, onlara məğlub olmaq idi...
Canı cəhənnəmə, , çox sevdiyi dənizinin
sahilinə gəldi. Uzun-uzadı seyr etdi mavi sonsuzluğu, dənizin göy üzü ilə birləşdiyi
yerləri. Artıq vaxt yaxınlaşırdı, evə qayıdıb, masasının arxasına keçdi. Qələmə
sarldı. Dünya, həyat onun gözlərinə artıq başqa rəngdə görünürdü. Ən gözəl sözləri
istədi Tanrıdan, ən gözəl hekayəni yazdı. Özü də təəccüb içində idi, bu
yazılanların ən gözəli idi, sanki bu dünyaya aid deyildi... Hekayə bitmək üzrə
idi. Balaca bir sandal yaxınlaşdı sahilə. İndi Günəş batmaq üzrəydi, Günəşin və
Dənizin qırmızısında balaca bir sandal Dənizlə göy üzünün birləşdiyi yerdə gözdən
itdi
Tural Sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ