Bahadur Qobustan - Rəsulzadənin "yüyənlədiyi at"

Bu yazıya counter dəfə baxılıb


Göy, qırmızı, yaşıl... Son zamanlar bəzi yazarların müasirlik adı altında yazdıqları yazıları oxuyandan sonra məndə belə bir sual yaranıb: Görəsən Bayraq ağırlaşıb, yoxsa biz "yüngülləşmişik"? Bizim bir qırmızı atımız var. Bu at bizdə elə əvvəllər də olub. Biz həmişə müasir düşünmüşik. Çox da uzağa getmirəm, "Dədəd Qorqud"u oxuyan bilir ki, biz hər zamanda nə qədər müasir olmuşuq. Bizim yazılı abidələrimizin hamısında qadına münasibət bu gün avropa xalqlarında olan "münasibət"dən qat-qat üstün olub. Əsas odur ki, biz atımızı kimdənsə almamışıq. Bu at bizimlə bir yaranıb. Bizim atımızın rəngi günəş qırmızısıdır, daha "çuğundur qırmızısı" deyil. Bizim atımız bir yüyənlə yüyənlənib. O yüyənlə ki, onun bir qulpu göy, o biri qulpu isə yaşıldır. Bizim atımızın düz gedə bilməsi üçün babalarımız bu yüyənlə yüyənləyiblər o atı. Yoxsa başsız at olmaz ki... Başsız at səni o kola, bu kola vurar, paltarın cırılıb əynindən çıxar, qalarsan lüt... Bizim qırmızı atımız çoxdan göy, yaşıl qulpu olan yüyənlə yüyənlənib. Amma bu "yüyənlənmiş atı" 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının qurucuları başımız üstə qaldırıb Bayraq etdilər. Dünyaviliyin, müasirliyin göy və yaşıl rənglərin arasında olması heç də təsadüfü deyildi. Böyüklərimiz bizə müasirliyimizin bizi "lüt" qoymaması üçün belə məsləhət görmüşdülər. Bu ideya hamının islamçı və türkçü olmaq məcburiyyətində olması demək deyildi. Amma bu o demək idi ki, sən bu torpaqda yaşayırsansa, bu dövlətin qurucuları olan Türksoylu azərbaycamlıların əslinə və dininə hörmət etməlisən. Bu gün bəzi yazarlarımız bizə müasirliyimizi bu yüyəndən çıxarmağı məsləhət görür. Bu gün Bayrağı yalandan başının üstə qaldırıb, Himn oxuyan bəzi "səviyyəli" yazarlar onu ancaq qırmızı rəngdə görür və ya ancaq qırmızı rəngdə olmağını istəyir. Müasirlik əsla geyimdə, intim hisləri önə çıxarıb ondan yazmaqda, barda araq içib “tans” oynamaqda, soyunmaqda deyil, müasirlik düşüncədə, bir-birinə qarşılıqlı hörmətdə, savadlı, humanist olmaqda, insanları sevməkdə və s. mənəvi dəyərlərdə olmalıdır. Müsiqiçilər arasında "şou biznes" var . Bu şouda kim çox qalmaqal salıb, çox soyunsa, "yüyəndən" çox çıxsa o da "tutuzdurur". İndi də yazarlar bu üsula keçib. Qadın və kişi yazarlarımız intim hisslərdən çox həvəslə yazmağa başlayıblar. Hətta onlar gündəmdə qalmaq naminə onun-bunun bostanına daş atmaqdan da çəkinmirlər. Onların yazılarının əksəri isə geridə qalmış avropa yazarlarının plagiyatıdır. . Ya da bir növ “arxa küçələrin oğlanları”nın təsviridir…
Bir sözlə, əksəriyyət populyar olmaq istəyir. Onlar Məmmədəmin Rəsulzadəyə, Əhməd Cavada, Hüseyn Cavidə, Mikayıl Müşfiqə lağ eləyib gülür, Bayrağa hörmət etmirlər... Yazarlara bir sözüm var, o yazarlara ki "yüyənsiz at" sürürlər: Sizin "at"ınız sizi lüt eləyib, küt eləyib, axırda it də edəcək. P.S. Onlar çox "yüngülləşib", o Bayrağı daşıya bilməzlər.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ