“
Eheyyyyyy Bakı Küləyi, məndə Gəncə ətri var” deyən gözəl bir xanımdan, dəyərli
bir dostdan güclü bir qələmdən yazmaq istəyirəm.
İradə
Ayteldən.
Bu
zamanda insanlar verdikləri sözləri tutmur, hələ- hələ özünə kişi deyənlər.
Ancaq, İradə çox kişidən qeyrətli birsi olması ilə diqqətimi çəkdi.
Mənim qadınlarla dostluğum heç vaxt baş
tutmamışdı, İradəyə qədər.
Aytel fərqli
bir insandı, fərqli bir yazar.
Sadədir,
məsələn.
Və səxavətli,
dostları üçün canını belə verə bilər, heç düşünmədən. Bu dediyimi onu tanıyan hər
kəs təsdiqləyər, fikirimcə.
“ Vəsiyyətim”
adlı şeirində, dediklərinə baxın.
Nə tabut,
Nə qəbir,
Nə göz yaşı
Istəmirəm!
Yad dillərdə
Yasin,
Səbir,
Nə baş daşı
İstəmirəm!
Ürəyimi köz-köz edən
Cismimin alovunda
Külə dönmək,
Milyon-milyon zərrələrlə
Yelə dönmək,
Azad
ölmək,
Azad olmaq istəyirəm!
O, şan şöhrət dəlisi deyil.
O, hər sözü ilə, hər nəfəsi ilə aid olduğu
torpağa, millətə bağlıdır. Onun üçün yad dillərdə dua da istəmir. Bu dünyada
gördüyü işlərlə, yazdığı yazılarla xatırlanmaq istəyir İradə. Bahalı baş daşı,
heykəllərlə deyil.
O, azad olmaq,
azad ölmək və azad insanlar tərəfindən xatırlanmaq, yad edilmək istəyir.
Xalqının azad
düşüncəli, olmasını istəyir. Qızların zorla istəmədiyi adamlarla evləndirilməsini,
bədbəxtliyini istəmir.
Belə bir insandır Aytel. Ancaq, mən onu
anlata biləcək biri deyiləm. Sadəcə ürəyimdən süzülən sözləri yazmaq istədim.
Bağışla dost, səni
zəif sözlərimlə anlatmağa çalışdığım üçün, bağışla.
Tural Sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ