Kaş ki,
belə bir yazını yazmağa məcbur qalmazdım. Kaş ki, bu ölkədə, bu dünyada namuslu
insanlar yaşayaydı.
Bəzi “
azad seks” savaşçılarının gözünə soxmaq istəyirəm, o qızın uzun saçlarını.
Hansı
qızınmı?- Çay evində gördüyüm o, qəşəng qızın. Namuslu bir həyat seçsəydi o da
bəlkə sevilə bilərdi, onun üçün də şeirlər yazan bir xəyalpərəst şair
tapılardı.
Sarı,
uzun saçları vardı, sinəsi açıq bir paltar vardı əynində. Çay süzmək üçün əyiləndə
sinəsində nə var, nə yox hamsı görsənirdi.
Mənimmi
nə işim vardı?- şeytana uyub getmişdim, nə bilim . Axı oranın qapısında sadəcə
çay evi yazılmışdı, mənim nə günahım var, bu işdə.
Əsl, o
16- 17 yaşlarında qızların orada nə işi var. Adi bir çay evi bu gündə isə,
gerisini mən düşünmək istəmirəm.
17 yaşlı
qızın sinəsindən pul qazanacaq qədər bir insan insanlıqdan uzaqlaşa bilərmi.
Seksin
indi bir də virtualı çıxdı. Qızlar skaybda soyunur nə bilim nə qələt edir.
Yazıq ata, ana da elə bilir ki, qızımız dərs oxuyur, ya da nə isə xeyirli bir
işlə məşğuldur.
Yazıq
deyilmi, bu millətə, bu gənclik.
Çox
yazmaq da istəmirəm, canım yanır. Barmaqlarım mənə nifrət edir bunları yazdığım
üçün.
Tural Sahab.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ