sən məni incitdin, mən özgəsini,
sənin qisasını özgədən aldım.
sanki donub qaldı həyatım orda
harda cıxıb getdin, o yerdə qaldım.
gör neçə insanın ahı üstümdə,
sevəni min dəfə peşman elədim.
sənə deyiləsi bütün sözləri
özgəyə söylədim,
düşmən elədim.
marağlı gəlmədi mənə,
sevənlər
birində ətrin var, birində səsin.
istədim hər məni səvən adamın
baxışı, gülüşü sənə bənzəsin.
sənin bənzərinə sevirəm dedim
səntək yalan dedim kiməsə mən də.
yoxluğun da günah varlığın qədər
boğulub qalmışam günah icində.
gözümdə hər sevən günah mələyi,
elə nifrət etdim məni sevənə!
bəlkə bağışlaram qayıtsan,
yoxsa
hər sevən bir düşmən olacaq mənə!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ