Bahadur Qobustan- Quşcığaz
Bu yazıya
dəfə baxılıb
Dərdim başdan aşdı əlac tapmadım,
Çiçək axtarmağa yamac tapmadım,
Dünyada bir dənə ağac tapmadım,
Qonub yuva qurum, qonub yurd salım,
Mən yazıq quşcığaz bəs harda qalım.
Yükümü biyaban bir yerə çəkdim,
Quru torpaq üstə göz yaşı tökdüm,
Palçıqdan özümə bir yuva tikdim,
Onu da dağıtdı köstəbəy zalım,
Mən yazıq quşcığaz bəs harda qalım.
Gəzib biyabanda çoxalan birə,
Ay yaysız kamansız ox olan birə,
Qanadımın altda soxulan birə,
Sən tapdın yerini, ay qadan alım,
Mən yazıq quşcığaz bəs harda qalım.
Umacım düzələ kündəyə baxdım,
Baxdım, elə özüm gündəyə baxdım,
Allaha əl açdım, bəndəyə baxdım,
Cavabsız qoyuldu yenə sualım,
Mən yazıq quşcığaz bəs harda qalım?
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ