Azadə Abdinova- İtirdiyimiz dəyərlər

Bu yazıya counter dəfə baxılıb
Zaman dəyişdikcə  xalqımızı digər xalqlardan fərqləndirən  dəyərlərimiz də nə yazıq ki dəyişdi. Xalqımızın özünəməxsus süfrə , geyim mədəniyyəti, toy adət-ənənələri , ailə dəyərləri vardı. Niyə keçmiş zamanda yazıram, çünki həqiqətən də çox şey keçmişdə qalıb.
Bayramlarda süfrələrimizdən yeməklərimizin şahı sayılan plov əskik olmazdı, amma indi çox adam “düyü kökəldir “ məntiqini  əlində bayraq edib plovu bayram menyusundan çıxarıb. Əvəzində isə xaricin bizlərə sırıdığı , mətbəximizə salıb başda əyləşdirdiyi yeməkləri  ortaya gətirirlər . Hansı daha sağlam menyudu, ya da hansı daha faydalıdı mövzusunda mübahisə etməyə məncə heç ehtiyac yoxdu. Mətbəxdə yenilikləri öyrənməyə qarşı deyiləm , amma biz öz yeməklərimizə gözucu baxıb , yeni dadlar axtarışına çıxıb da mətbəximizi  unutmamalıyıq, özümüzə dəyər verməsək,  heç kəs bizə dəyər verməz. Boşqabımızdan yeyib də “bu bizim yeməyimizdi “-deyənlərin ağzını yummaq üçün öz qazanımıza  sahib çıxmalıyıq. Yoxsa şor-çörəyimiz də əlimizdən çıxacaq, dolmamız əlimizdən getdiyi kimi.
Düzdü, biz dövlət olaraq, xalq olaraq inkişaf edirik. Avropaya inteqrasiya edirik, irəliləyirik, addım –addım dünyaya özümüzü sübut edirik. Çox insanlar deyir ki, insan özünü inkişaf etdirmək  istəyirsə, keçmişlə yaşamamalıdır. Amma keçmişimiz bizi biz edəndisə , mütləq vaxt tapıb geriyə də baxmalıyıq.  Avropalaşmanın  soyunmaq olmadığını dərk etməliyik, keçmişdə necə geyim mədəniyyətinə malik olduğumuzu xatırlamalıyıq. Soyunmaq gözəllik , müasirlik deyil. Düzgün geyim insanı cəmiyyətə düzgün təqdim edə bilər. Düşünün , siz çox mədəni, dünyagörüşlü, düzgün ailə təhsili almış birisiniz. Açıq-saçıq bir geyimdə küçədə gedirsiniz. Sizi görənlərdən  sizə  qarşı müsbət  münasibət tələb edə bilmərsiniz. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, geyimimizə fikir verməliyik. Polis paltarını bir oğru rahatlıqla tapıb geyinə bilər, bu o demək deyil ki, o polisdir. Amma bizim cəmiyyətdə açıq-saçıq geyinib də cəmiyyət arasına çıxanın bir adı var. Ona görə  də düşünürəm ki, geyindiyimiz geyimdə belə kimliyimizi unutmamalıyıq cinsinden, vezifesinden, senetinden asili olmayaraq.

İtirdiyimiz,avropalaşmanın qurbanına çevirdiyimiz dəyərlərimizdən biri də toy mədəniyyətimizdi. İndi palatka toyları demək olar ki, yoxdu. Kəndli,şəhərli “restoranlaşmışıq”.  Belə olmağımızı zaman , şərait tələb edir. Çoxları toya bir mədəniyyət kimi yox, mədə -niyyət kimi yanaşır . El arasında bir kəlimə var qarğa bazarı. Restoran toylarımız qarğa bazarına bənzəsə də, restoran sahibləri istəsələr bu problemi aradan qaldıra bilərlər. Səs tənzimləyicilərlə səs-küyə nəzarət edə bilərlər. Bu xırdalıqlar çox güman ki düzələcək. Amma insanlarımız bu gedişlə düzələnə bənzəmir.  Vaxtıykən qızları mələyə bənzədən gəlinliklər çox dəyişib.İndiki gəlinlikləri geyən gəlinlərimiz sanki podyuma çıxan manikenlərdi, bu qədər dəyişiklik nəyə lazımdı axı. Gəlinlik həyadı, abırsızlıq deyil . Çox təəssüf ki, bunu anlamırıq, anlamaqda istəmirik. Mədəniyyətimizi bizə unutduran Avropa, bizə nə edirsənsə, əcəb edirsən. Biz var olduqlarımıza sahib çıxa bilmiriksə, səni niyə qınayaq ki...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ