"Gedirəm, ay dağlar, salamat qalın" - Gədəbəydən FOTOREPORTAJ

Bu yazıya counter dəfə baxılıb
Dağın qarı hələ əriməyib.
Bir ay sonra, qar əriməyə başlayanda bu azacıq olan su artıb daşqın selə çeviləcək. Dünyanı ağuşuna alacaq.

Babacan  çayı hələ qışın buzundan çıxa bilmir. Sakit-sakit öz işinə davam edir.

Dağlardan fərqli olaraq,  kəndlərdə ordan-burdan nərgizgülü,bənövşə açır.

Bomboz çöllərin hələ nəfəs aldığını demək olmaz.

Amma, yüz illərdir bu çöllərdə qarışqa kimi səhədən-axşama çalışan insanların nəfəsindən artıq iş görməyə can atdığını görmək olar.

Hər şey bu cürdür.

Başlanır, davam edir, bitir. Hamısının da bir adı var : təkrar.

Gədəbəydəyik.

Tarixdən qədim, sazlı-sözlü Gədəbəy,Kiçik Qafqaza sığınmış yurdumuz.

Bir də düşmən qarşısında alınmaz qala.
Az qalıb, lap az.

Keçi dərəsinin sinəsini bəzəyən qoyun sürülərinin ardınca çomağını sürüyən çobanların səsinin eşidilməsinə.

Bir də zil səslə,"Ruhani" havasını təbiətə hədiyyə edən nəğməli yurd oğluna:

Gedirəm, ay dağlar, salamat qalın,

Dönüm başınıza, yar amanatı.

Odur dövlətim də, odur varım da,

Dövlət amanatı, var amanatı.

Əziz Əlibəyli
Fotolar müəllifindir

















Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ