Gözlərim də yol yorğunu,
Bezib səni gözləməkdən.
Dilim cadar-cadar olub,
Sənə tez-tez gəl deməkdən.
Bezib səni gözləməkdən.
Dilim cadar-cadar olub,
Sənə tez-tez gəl deməkdən.
Mən ki, sevgi dilənmirəm,
Sənli, sənsiz içimdədi.
Nə rəngi var, nə də dadı.
Bilmirəm nə biçimdədi.
Sənli, sənsiz içimdədi.
Nə rəngi var, nə də dadı.
Bilmirəm nə biçimdədi.
Bilirəm ki, mən boydadı,
Hərdən mənə sığışmayır.
Yarğan açmış sellər kimi,
O, alnımı qırışlayır.
Hərdən mənə sığışmayır.
Yarğan açmış sellər kimi,
O, alnımı qırışlayır.
Şəlaləyə dönür gözüm,
Sənsiz keçən hər anımda.
Özün getdin,qalıb izin,
Qayıt sevgim,ol yanımda…
Sənsiz keçən hər anımda.
Özün getdin,qalıb izin,
Qayıt sevgim,ol yanımda…
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ