Bu günlərdə çox dəyər verdiyim bir insanın
yaxını dünyasını dəyişdi. Gəncin 17 yaşı var idi. 12 günlük xəstəlik bir gəncin həyatına son
qoydu.Kəskin miningetlə dünyasını dəyişən o gəncə həkimlərimiz heç bir yardım edə bilmədilər. Çünki xəstəlik
müalicəyə tabe olmurdu.
Mən o oğlanı yaxından tanımırdım. Amma hər bir azərbaycanlı gənci mənim üçün dəyərlidir. Qohumu deyir ki, o uşaq həddən artıq dindar
idi. Fanatikə çevrilmişdi. Hətta ətrafında dindar olmayanları “kafir”
adlandırırmış...
Dahilərdən biri deyib ki, dünyada din
olmasaydı müharibələr, insanlar arasında ayrı seçkilik olmazdı. Dinlər
yaranandan ,insanlar öz kimliklərini müəyyənləşdirdikdən sonra hamı ətrafındakının
onun kimi olmasına can atdı.
Nə isə əsl
danışmaq istədiyim bu deyildi. Yəqin
özünüzdə fikir vermisiniz son zamanlar ölkədə qatı dindarların “fanatik” lərin
sayı artır. Bəzən Allaha o qədər inanırlar ki,
saqqallar uzanır, şalvarların balağı qısalır. Arvadları çadraya bürünüb,
təkcə gözlərini bayırda qoyurlar ki,
Allahdan günahdır.
Bəziləri isə Allaha o qədər inanırlar ki, Alah
younda özlərini döyüb, başlarını yarmağı, hönkürə-hönkürə ağlayıb, qışqıra
–qışqıra Allahı çağırmağı Din adlandırdılar.
Mən dindar deyiləm. Amma məni Yaradan Allahın
varlığına bütün varlğımla inanıram. Oğru deyiləm, yalan danışmıram, ev
yıxmıram, zinakar deyiləm, fəsadlığım yoxdur. Amma qapalı da deyiləm. Çətinliyim olanda Allaha sığınır, bacardığım
qədər insanlara yaxşılıq etməyə çalışıram. Yaxşılıq etməyi bacarmasam da,
kiminsə ayağının altını qazmıram. Yox özümü tərifləmək də deyil məqsədim. Məqsədim 17 yaşlı uşağın ölümündə günahkar olanların
Allahdan cəzalarını istəməyimdir.
Yaxınları deyir ki, uşaq son zamanlar
qatı dindar olmuşdu. Hətta Aşurada səhərə kimi həyətdə namaz qılıb ki,
Allaha yaxın olsun. O uşağa dini başa
salan qandırmayıb ki, bala, Allah sənin ürəyindədir. Hara getsən səni görür, hər addımını. Ona
yaxın omaq üçün ibadət etməyin, onun buyurduğu kimi biri olmağın yetərlidir. Daha sabaha qədər özünü döymək, soyuq havada həyətdə
namaz qılıb onun yaratdığı bədənə cəza lazım deyil.
Belə dindarlarımız həddən artıq çoxalıb. Gənclərimizi
İslam çağırışı ilə aldadıb yoldan çıxarır, başqa məzhəblərin, təriqətlərin
qurbanına çevirirlər. Oysa uca Yaradan İslamın ən gözəl din olduğunu buyurub.
İslam təmizlikdir, İslam saflıqdı, gözəllikdir İslam. Heç bir şeyin olmasa belə böyüklüyünə
sığındığın Allahın hər yerdə yanında olmasını hiss etdirəndir İslam. Tələbkar deyil İslam, cəzakəsən deyil. Ədalətlidir, bağışlamağı bacarandı Əsl İSLAM.
Amma bax sizlərin inandığınız və gəncləri
sürüklədiyniz din İslam deyil, cahillikdir və ya nədir siz daha yaxşı
bilirsiniz.
Bu gün İslamı o qədər bayağılaşdırıblar ki,
Mollaların seks səhnələri, içki süfrələri,
Molla rejimin verdiyi qərar və qanunlar.
Mən dindar deyiləm, amma ömrünü dinə sərf
edib, həddən artıq Allaha inanıb, onun buyurduğu kimi olmağa çalışanlara bir məsləhətim
var: Allah və onun buyurduqları haqqında hər şeyin düzünü bilmək istəyirsinizsə,
açın Qurani-Kərimi qoyun qarşısnıza və oxuyun. Tərcüməsini oxuyun. Siz orada
İslamın gözəlliklərini fəth etdəcəksiniz, Allahı necə sevməyin lazım olduğunu
öyrənəcəksiniz, dürüstlüyə, doğruluğa, həqiqətə bir addım atacaqsınız...
Yoxsa anasından xəbəri omayan cüvəlağı “molla”
və “dindar” ların arxasınca sürünüb, özünüzü bədbəxt edəcəksiniz. İslamı və Allahı sevin ancaq Qurandan öyrənərək. Allahdan qorxun, bəd əməllərdən uzaq olun,
Allahın buyurduqlarına əməl edin, amma dini təmiz fəth edəndən sonra.
Sizə bir söz deyim bir çoxlarınızın gördüyü
“molla”lar, “dindarlar”, möizə edib Allah yoluna çağıranların əksəriyyəti özü
İslamın nə olduğunu təmiz dərk etmir. Onlar İslamdan qazanc üçün istifadə edirlər.
Mən çox dindarlar tanıdım, həyatımın bir qismi
dindarların arasında keçdi. Amma İslamı
təmiz fəth edib, Allahı bütün varlığı ilə sevən və öz mənfəətini düşünməyən
dindar görə bilmədim.
Allaha yaxın olmaq istəyirsənsə, gözlərini
yum, ONU hiss edəcəksən!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ