Ona de ki,

Bu yazıya counter dəfə baxılıb
Ona de ki, xoşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
Sən gördüyün qadından.

De ki, hec əskik olmur
üz gözündən səadət.
Səni coxdan unudub,
“xoşbəxt” olub nəhayət.

Nolar ona demə ki,
onsuz dəli olmuşam.
Arzuları bəhrəsiz
yarıyolda qalmışam.

Adımı çəkmə nolar,
adımı da anmasın.
Mən bitdim, hec olmasa
onun qəlbi yanmasın!

Məni ona tanıtma,
Qoy məni “günah” bilsin.
Mən min dəfə ölürəm,
qoy o bir dəfə ölsün.

Gözlərinə çoxlu bax,
gör yenə də sevirmi?
Soruşsa, mən hardayam,
Nolar, demə yerimi!

Əziz dost, son xahişim..
tut onun əllərindən,
Mənə qoxusun gətir
qoy ətri gəlsin səndən!

Ona de ki xoşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
sən gördüyün qadından.



Gunel Treu
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ