Gedərək
azalır gecə yuxusu
Yatmaq
istəmirsən gecələr sən də
Yata da
bilmirsən daha doğrusu
Nə qədər
özünə yalan desən də
Yatmayıb,
bir xeyli bütün gecəni
Beləcə nəyisə
fikirləşirsən
Kiməsə nə
vaxtsa deyəcəyini
Salırsan
yadına əsəbləşirsən
Demək
istəyib də demədiklərin
Çoxdu bu
həyatda sənin deyəsən
Bilməyib
özgəyə öyrətdiklərin
Gərək
öncəliklə sən dinləyəsən
...
Düşünə-düşünə gün gəlib çatır
Çox da
fikirləşmə bəlkə də dəyməz
Dəyərli
etdiyin bax, çoxdan yatır
Kimsə səndən
artıq bil, ola bilməz !
23 mart
saat 03-43...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ