Bir həsrət
qovrulur içimdə mənim,
Sovrulur
duyğular qəlbimdə mənim,
Hayqırır,
hıçqırır qəlbim də mənim,
Harayım
sevdiyimə yetməyir mənim.
Ürəyim şam
kimi əriyir mənim,
Yaralar qəlbimdə
sızlayır mənim,
Sevgimdən çəkilmir
dumanım,çənim,
Göz yaşım dərdimə
yetməyir mənim.
Xatirələrlə
dolu, boşalmır beynim,
Sənsiz heç
keçmir günlərim,neynim.
Hər yerdə
qalıbdır izimiz, xatirəmiz,
Unutmağa
gücüm yetməyir mənim.
Bu dağlar dərdimə
ortaqdır mənim,
Bulaqlar göz
yaşıma şərikdir mənim,
Hər cığır
eşqimə şahiddir mənim,
Könlüm həsrətinə
dözməyir mənim.
ETİBAR Salmanov
25.02.2014.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ