Öncələri sən yox idin deyə mən var idim, indi isə sən var isən deyə
mən yoxam. Sən mənim Yoxluğumun Varlığısan.
Əgər səni özüm qədər unuda bilsəydim, o zaman özümü sənin qədər
xatırlamazdım.
Bəlkə də ömür qısa deyil,
sadəcə insanlar uzun yasamağı bacarmırlar. Habil Yaşar.
Mən bir başqa insanam, çünki siz özünüz də bir
başqasınız….
Dunya gözeldi, yalniz insanlar onu eybecer
göstermek ucun behaneler axtarirlar.
Bir qadını əldə etmək hələ
onun sevgisini qazanmaq demək deyil və ya bir qadının sevgisini qazanmaq da
hələ onu əldə etmək demək deyil.
Sevin...çünki, sevilməyə
şansınız heç olmayacaq.
Mən hələ həyatın nə
olduğunu anlamıram, çünki həyat da mənim kim olduğumu başa düşə bilmir.
İkimizin mübarizə apardığı bu aralıqda qalibi zaman müəyyən edəcək.
Sevincin üzünə dik baxmaq üçün, kədərə də boyun əyməməlisən.
.
Sual: Bizi ancaq ölüm ayıra
bilərkən, nədən məhz həyat ayırdı?
Cavab: Çünki, sən həyata
təslim olmuş məğlubsan.
Harada qadın varsa orada gözəllik, harada gözəllik varsa orada qadın
var.
Dünyanı ona görə sevirəm ki, orada sən varsan. Səni ona görə sevirəm
ki, sən mənim dünyamsan.
Bağışla həyat, mən səni bağışlamıram!!!
Sadəlikdən böyük insanlıq, insanlıqdan böyük fəlsəfə yoxdur.
Kimin Şair olub-olmadığını Zaman deyir, Zamanın da ən böyük sözünü
Şair deyir.
Saxta insanların saxta izləri,
Saxtalıq dünyanı bürüyüb Allah.
Tərbiyə, mərifət, əxlaq sözləri,
Elə dillərdəcə çürüyüb Allah.
Bir
zamanlar hər şey çox gözəl idi...Hətta küsüb-barışmağımız belə...
Təbii
ki, heç nə təbii deyil...
Bir
tək sən varkən, yalnız sən yoxsan...
Ağlamaq
istədiyimiz üçün yox, gülmək istədiyimiz üçün ağlayırıq.
Hər
bir kəs hər hansı birini sevsə, hər hansı biri də hər bir kəsi sevəcək.
Yoxun
var olduğu yerdə, varın yox olması önəmli deyil.
Həyat
komediya olsa da , faciə ilə bitir.
Hər gül sənə bənzəyir, amma sən hər gülə bənzəmirsən.
Hər gül sən qoxuyur, ancaq sən hər gül kimi qoxumursan.
Sən çoxları üçün adi gül ola bilərsən, fəqət mənim üçün Güllərin
Sultanı sənsən...
Dəqiqələr sizə qızılları gətirə bilər, amma heç bir qızıl bir
dəqiqənizi belə geri qaytara bilməyəcəkdir. Zamanınızı qızıl üçün sərf etməyin,
qızılınızı zamanla xeyr işlər üçün xərcləyin.
Hər nə düşünürsünüz önəmli deyil, önəmli olan nəyi necə
düşünməyinizdir...
Sən gülü qoxulayırsan ancaq bilmirsən ki, gül də səni qoxulamaq üçün
gül olmaqdan sevinir.
Yazdıqlarımız
bir gün bizi xoşbəxt etməmişdirsə demək ki, heç nə yazılmamışdır...
Mənə ruhunu ver, cisminə onsuz da
toxunacağam...
Səni ən çox nə düşündürür deyə
bilmərəm, amma məni ən çox sən düşündürürsən...
Sən mənim üçün “heç nəyin”
antonimisən...
Ölüm səndən uzaqlaşsa nə dərdim,
Ölümü də sənin qədər sevərdim...
Həyat qədər sevilməyə çalışsan,
Ölüm qədər acımasız olarsan...
Sən gəl mənə, səni unut,
Dərdi unut, qəmi unut,
Tək varlıqsan, cəmi unut,
Yoxluğunla varlığım ol...
Hər
an unudulacağını düşünərkən belə ona sevərək bağlanmaqdır EŞQ...
Mən
ancaq sevməyi bacarmıram, mən həm də sevilməyi bacarıram...
Bir uzum aglayir, bir
uzum gulur, Bir uzum sag qalir, bir uzum ölür. Meni menden basqa kim yaxsi
bilir, Bilen de sag olsun, bilmeyen de sag.
Mən
nə düşünürəm,kimlər biləcək,
Kimlər
bildiyini mən düşünmürəm.
O
mənə məxsusdur mənlə öləcək,
Sirrim
açılarmı mən düşünmürəm.(Habil Yaşar).
Susun
göz yaşlarım axmayın, durun,
Nə
qədər ağlayıb, sızlayacaqsız.
Bir
gün yox olarsa gözümün nuru,
O zaman günahkar siz olacaqsız.
Bütün insanlar yalanci
olmasa da, bütün yalanlar insana mexsusdu.
Səni itirirəm dünənlər
kimi,
Hər sabah bir dünən ölür içimdə.
Ömrümdən zamansız gedirsən mənim,
Ağlayır içim də, ölür içim də.
Habil Yaşar...
Hər sabah bir dünən ölür içimdə.
Ömrümdən zamansız gedirsən mənim,
Ağlayır içim də, ölür içim də.
Habil Yaşar...
Daha bahar nədir,daha
qış nədir?
Ömür dedikləri yaşayış
nədir?
Məni mələklərdə
qarğıyacaqsa,
Sənin dilindəki bu
alqış nədir?
Həyat...bir şer qədər
möhtəşəm, bir musiqi qədər həzin, bir saniyə qədər qısa, bir qadın qədər
gözəlsən…
Dünya özü boyda qəm pəncərəsi,
Dünyanın özü də qəm çəkir Allah.
Dünyanın özü də qəm çəkir Allah.
Qurusu bilinmir, yaşı bilinmir,
Hördüyü divar da nəm çəkir Allah.
Habil Yaşar
Mənə sevgi verin, mənə can verin,
Ömrümə, günümə həyəcan verin.
Onsuz bu dünyada yaşamaq olmur,
Mənə sevgi dolu bir cahan verin.
Sən mənim keçmişim ola bilərsən,
amma mən heç zaman sənin gələcəyin olmayacağam
Habil Yaşar
You might be my past, but i never
be you future
Habil Yashar
Ты
моей прошлой можешь стать но будушей не можешь стат
Хабиль Яшар
Bu ölüm o qədər gözəlləşib
ki,
Bu gecə ruhumu satmağım
gəlir.
Mənsiz bu dünyada nə itəcək
ki,
Ölüb torpaq altda yatmağım
gəlir.
Əzizinəm can çəkir,
Can deməyə can çəkir.
Baxıb doya bilmirəm,
Göz istəyir, can çəkir.
Sənin məni duyacaq
qəlbin yoxdursa, mənim səni anlayacaq məntiqim var.
Elələri var ki,
ölümdən qorxur, elələri də var ki, qorxudan ölür.
Tam anlamadım amma,
anladığım bir tam var.
Bir insanı acılar içində yaşatmaq, bir acını insanlar içində yaşatmaqdan daha asandır.
Habil Yaşar
Həyat
çox lu sayda suallardan ibarət olsa da, sonunda nida qoyulur.
Süni
təbəssümlər içində qeyb olur sevinc.
Göz
yaşını siləcək əllər yoxdursa, ürəyini fəth edəcək könüllər var.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ