Bəzən oturub düşünürəm, mən kiməm? İnsan. Bəs insan nədi?Allah
tərəfindən yaradılan şüurlu varlıq. Yerin kainatın yaraşığı.Bəli məsələ elə
burdan başlayır. Bəs yaxşı insanşüurlu varlıqdırsa nəyə görə şüursuz hərəkət
edir? İnsan nəyə görə başqasını öldürür.Şir də pələng də ayıda vuruşub bir
birini öldürür. Nəticə etibarı ilə onlarda canlıdırlar. Amma şüurları yoxdur.
Amma insanda var. Yaxşı insan yaxsını pisdən ayıra bilirsə, bəs nəyə görə siqaret yaxud narkotik qəbul edib, spirtli
içkilərdən istifadə edib özünü məhv edir? Nəyə görə? İndi dedim axı insan
yaxşını pisdən ayırır. Məgər bunlar pis deyilmi? Başqa bir şeyə nəzər salaq.
Deyirlər insan qurub yaradır. Bəs nəyə görə insan öz yaratdığını özü dağıdır?
Müharibə. Bunu da yaradan yaranmasına şərait yaradan insandır. Bu dünyada hər
şeyin sonu var. Nəyə görə insanlar bu həqiqəti anlaya anlaya yeni ərazilər ələ
keçirməyəçalışır və bununla milyon – milyon insanların son qoyur? İnsan nəyə
görə yalan danışır? Hər yalanın ustunu açılacağını bilə - bilə. Çox maraqlıdır.
Adi ağappaq kağız parçası hamı üçün ahəmiyyətsizdir. Bəs nəyə görə insan pul
üstündə bir – birini öldürür? Axı pulda
kağız parçasıdır. Bir maraqlı fakt daha. İnsan pul qazanmaq üçün sağlamlığından
keçir. Sonda işə sağlamlıq qazanmaq üçün pulundan. Deyirlə r insan hər şeyə
qadirdir. Bəs onda nəyə görə insan özündə indi dediyim mənfi xüsusiyyətləri
boğa bilmir?
Cavanşir Muradov - Mən kiməm?
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ