Əli Mustafa - Qanlı palto yaxud çirkli pul

Bu yazıya counter dəfə baxılıb


- Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı)
- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir (Harold Laski:İngilis siyasətşünası)



Orxan-
Cəmil-
Vasif-
Natiq-
Ana-
Rəsul-
Cavan qız-






Küləkli,yağışlı payız günlərindən biri idi.Saat hardasa günortadan keçmiş,axşama doğru gedir.Elə bir vaxtdır ki,kimin işi vardırsa atıb bu gözəlliyi seyr etməlidir.Fikirləşin,bir tərəfdən gün batımına doğru gedir,önündən buludlar keçir,yağış isə narınlayır.Küçədə kopüşonsuz və yaxud çətirsiz biri az görünür.Kimisi qulaqcıq taxıb musiqi dinləyə-dinləyə müəyyən səmtə irəliləyir,kimisi o qədər fikirlidir ki,heç önünü belə görmür.Az "insanlar"-da var ki,parklarda əyləşiblər.Əsl qəhvə havasıdır.Hansısa bir kafedə əyləşib camdan çölə baxıb qəhvə içmək.Belə ləzzət.Televizyalarda,radiolarda cinayət hadisəsi səslənir.
 Amma bir nəfərin ürəyi yaman sıxılır.Orxan niyə belədir? Gecəni Bakının küçələrində keçirib,üşüyür.Şarjı bitməkdə olan telefonda həzin piano musiqisi səslənir,fikri isə Allah bilir haradadır?! Evə qayıtmalıdır.Onsuz bu qədər ayrı qalıb neyləyəcək,onun dəyərli ailəsi var.Gecə nə oldu?
-Ana mən gedirəm,ataya de gecikəcəm,axşam yeməyinə gözləməyin.
-Bir gün evdə oturda,elə hər səhər çıxırsan,ipini yığmaq olmur.Gedib avaralara qoşulursan.Bax,axırı pis olacaq.
-E,ana,bəsdir mənə heçnə olmaz.
Son sözünü deyir evdən çıxır.Bilirsiz,o çox ağıllı birisidir,yerində qərar verməyi bacaran biridir.Di gəl ki,safdır.Dostu düzgün seçmir.Düz "insanlara" qoşulmur.Cəmil,Natiq,Vasif onun ən yaxın dostlarıdır.Cəmil insan cildində adəta bir şeytandır.Baxanda deyərsən ki,ondan yaxşı adammı var,lakin,heç salam verəsi adam deyil.Ancaq üzünə gülənə salam verir.Natiq nisbətən digər dostlardan fərqlidir,vicdanı az da olsa təmizdir,amma,bu o demək deyil ki,yaxşı birisidir.Bu dördlüdə o da digərlərindən fərqlənmir.Vasif isə gələcəyə ümid ilə baxan,dəhşətli dərəcədə xəyalpərəstdir.Əgər bir şeyi istədisə onun qarşısında dağ belə dayanmaz.Qısası adam belə öldürərlər birlikdə.Orxana gəldikdə,bu sözləri deməkdə çətinlik çəkirəm.Sıradan kənar birisidir.Çox böyük tərbiyyəsi var-getdikcə bitən tərbiyyə.Qoşulduğu o üç nəfər olmasaydı bəlkə çox yüksək birisi olardı.Böyüyə hörmət onun içində var idi ki,getdikcə onu da məhv edirdi.
Bu gün yenə həminki çayxanaya gəlib masa arxasında əyləşirlər.Gülüb heç yeri olmayan zarafatlar edirlər.
-Axşam evə getmək yoxdur,bu günün hesabı mənlikdir.
-Cəmil,səndən nə əcəb?
Gülür-İndi dostlarımdan əskik etməyəcəm ki.Əlinizi haraya göstərsəniz orada əyləşəcəyik.
Cibindən otu çıxarıb şeytansı gülüşlə Orxana baxır.
-Bax,bu da gecəmizi dəyişəcək şey.(Göz vurur.)
-Yox,yox bu olmaz.Onsuz o qədər...
Vasif əli ilə Orxanın ağzını tutur,sakit olmasını istəyir.Neyləsin ki,onu bu işə sövq edən "dostudur".
Çay gəlir,süzüb içirlər.
-İnşaallah bir iş tapım,onda görün məni,bəh-bəh maşın alacam birlikdə gəzərik.Bir dənədə dünya gözəli qızla ailə quraram,ancaq,iş tapım sonra.Belə yaxşı işlər var,biznes quracam.Sizi də qoşacam özümə.İndi keçəri sıxıntıdayıq.Eybi yox günümüzə şükür.
-Heç gülməyim gəlmirdi.(Halbu ki,bayaqdan bir dəqiqə də olsun ağzı normal vəziyyətdə olmayıb)-Sən ha biznes,Eşitdin Orxan,biznes.Ayə bizə iş verən olsaydı alimləri işdən qovardığe,başın xarabdır vallah.Hələ bir dünya gözəli qız.(xaxaxa)-Bu dey,görərsən.
-Elə demə də.Məniki tanıyırsan.Dedimmi edərəm.
İkrah hissi ilə-Həye əşşi bu oğlan dağları yarıb keçir.
İki saat sonra çıxırlar.Düz üzü şəhərə qoyulurlar.Hava tutqundur,elə bil yağış yağacaq.Aşamın bir vaxtına kimi gəzirlər,dolanırlar,heç itirib-axtaranları da yoxdur.Saata baxıram,ondur.Dəniz kənarında əyləşiblər,hərəsinin əlində də bir spirtli içki xumarlanırlar.Cəmil elə istəyirdiki,otu cibindən çıxarsın,Natiq əli ilə geri itələdi.
-Dəli olubsan,polislər var.Onu istəyirsən bir zibilə də burada düşək?!
-Ey,nəyimə lazım.
-Belə istəyirsən keçək tündlüyə.
-Yaxşı.
Dəniz kənarından bir baş binaların sıx olduğu yerə keçirlər.Zəhərlənməyin vaxtıdır.Özləridə bilmədən alçalırlar.Qabdan dörd dənə ot çıxarıb paylayır.
-Yaxşı baxın,kimsə görməsin.
-Əşşi görsələr nə olacaqki.
-Cəmil bəlkə mən çəkməyim?
-Dəlisən,o qədər pul saymışam buna,indi gəlib be keyfdən məhrum qalacaqsan?
-Yoxe,nə isə ürəyimə gəlir,bundan bizə xeyir gəlməz.
Çaxmağı alovlandırıb,mimikası ilə otu ağzına qoymasını işarə edir.Elə ilk tüstüdə Orxanın başı gicəllənir.Qulaqları cingildəməyə başlayır.
Onun valideyni evdə narahat olur,ürəyi sanki ağzından çıxacaqmış kimi həyəcanla gəlməsini gözləyir.Heç yatarmı bir ana oğlundan xəbərsiz? Bax budur bədbəxtçilik.Orxan isə kef məclisindədir.Necə axmaq olarmış "insan".
Dəm halını almışdılar.Artıq onları üçün özləri var idi.Heçkəs və heçnə maraqlandırmırdı.Əsas işlər burada başlayır.Cəmil bir fitnə düşünür.
-Ayda,pulum bitib.Ora-bura xərcləyəndə belə olar.Baxın görün sizdə nəvar?
Əllərini ciblərinə atırlar.O qədər də çox çıxmır.
-Acıdım lap.Bu sizin pula düz əməlli yemək olmaz.
-Neynək?
-Dayan,mən taparam indi.
Başlayır uzaqlaşmağa.Arxasından da üçü.Qarşıdan oğlanla qız gəlir.Onlara yaxınlaşıb,oğlanla söhbətə başlayır.
-Salam,olar bir dəqiqə kənara səni?
-Buyur.
Kənara keçdikdən həmən sonra söhbətə başlayır.
-Başa düşürsən,bizim bax orada duran üç oğlanın birdə mənim pula ehtiyacımız var.Kömək lazımdır.
-Başa düşürəm amma,məndə sizə kömək edəcək heçnə yoxdur.
Natir qıza yaxınlaşır.Nəsə danışırlar.
-Necə yəni,mən sənə ağız açdım,sənsə mənə kömək etməyəcəksən?Başa düşmədin deyəsən,biz acmışıq və pulumuz yoxdur.
-Aə sənə dedim yoxdur.Elə etmə ki,pis danışım.
Birdən qız çığırmağa başlayır.
-Rəsul,buraya gəl,Rəsul.
Özü də bilmədən necə qaçaraq qıza çatdısa nəfəs belə almadan nə olduğunu soruşur.Rəsula onların sataşdığını,nalayiq sözlər işlətdiyini deyir.Eşitcək Natiqə birini ilişdirir.-Nə,bizə meydan oxuyur bu? Birini də Vasif ilişdirir Rəsula.Yerə tulazlanır.Cəmil qayıdıb onu təpikləmək istəyəndə qız mane olur.Biraz güc tapıb ayağa qalxıb bu səfər Orxana cumur.Onu yerə sərib yumuruqlayır.Ayırmaq çətindir.Bir-iki-üç yumuruq birdən dayanır,gözləri öz canlılığını itirir.Orxanın beynində zaman yavaşıyır.Qızın çığılıqları artır.Rəsulun ağzından qan açılır və Orxanın üzərinə yıxılır.Üstü tamam qana bulanır.Şok vəziyyətində olan Orxanı sanki yuxudan kimsə oyatdı.
-Ey Orxan,ayağa qalx.Ay zibilə qalasan elə.
Cəmil Rəsulu belindən bıçaqla zərbə vurmuşdu,düz ürəyinə tuş gəlmişdi.Vasif qızın ağzını əli ilə qapayır,əllərini də tutur.Yazıq neyləsin,bədbəxtlik üz verdi.İndi bir zaman ona dəyər verən birisinin qanı hansısa alçağın,şərəfsizin biri üzündən yerə axdı.Cəmili titrəmə tutdu.Qız bir türlü sakitləşmirdi.Bəli,məlum olduğu kimi onun da əcəli çatmışdı.Gözü dönən Cəmil qıza bir neçə bıçaq zərbəsi vurur.Canı hələ çıxmamışdı.
-Mənə baxın,sakit-sakit təlaşa qapılmadan onları gizlincə buradan uzaqlaşdırırıq oldu?
Təlaşlı şəkildə-Bəs necə? Belimizdə daşımayacayıqki?
-Taksi çağıracam,Bir sarafana fəlan bükərik,bilsə də meyitdir təhtid edərik.
-Yox,dayan dəlilik eləmə.Sakitləşin.
Natiq meyitlərin cibini axtarır,Cəmil bir dənə də ot çıxarıb çəkməyə başlayır.Orxan qana baxıb duruxmuşdu.Vasif divara söykənib dizlərini qucaqlayıb olanlara şahidlik edirdi.Ətrafa sakitlik çökdü.Ortalıqda heçkəs yox idi.Elə ona görə onlar öldü.Ortam yaman qarışıq idi.Neyləyəcəklərini bilmirdilər.
-Sizi bilmirəm amma mən gedirəm.Budur pullar götürün,özümdə olan mənə bəs edər.
-Elə etməki sənidə onların vəziyyətinə salım.Otur oturduğun yerdə.
Qız əlini qaldırıb kömək istəyir.
-Bax gör fahişə nə istəyir.(Səs çıxmır.Daha yüksək səslə.)-Orxan!
Tələsik əyilib qızın əlindən tutur.-Ey,biraz sakitləş.(Özü özünə)-Gərək anamı dinləyərdim,eyh!
Qırıq-qırıq səslə-Nə istədiniz bizdən.
Heç cavab verə bilmir.Lapdan bir səs gəlir və Orxanın sirsifəti qan olur.Cəmil təpiklə qızın başını əzir.Qızın əli birdən elə soyuduki Orxanın artıq əzələləri onun sözünə baxmadı,yerə sərildi.Gözlər indi göyə dikilib.Əynindəki paltonu çıxarır.
-Qulaq asın,bu zibilə bir girdik bir də çıxacağıq,amma,necə? (fikrə gedir.)-Mənə baxın buradan uzaqlaşırıq,heçnə olmamış kimi ayrılırıq birdə görüşməmək şərti ilə.İzləri silərik heçkəs bilməz bizdən olduğunu.
Bu zaman Vasif dillənir-Deyirlər başı dik gəzənin əli qapı arasında qalanda dostlarını satar.Necə istəyirsiz,sizi görən gözüm yoxdur.
-Gedin biriniz yaş dəsmal alın izləri silək.
Onbeş-iyirmi dəqiqə keçir.Biri-biriləri ilə halallaşıb ayrılırlar.Dörd ayrı səmtə,dörd fərqli həyata.Bir şeyi unudurlar,haqq yenə haqqdır.O heçvaxt yanılmaz.Orxanın paltosu orada idi.Üstü qanlı olduğundan çıxarmışdı.Düzdür şalvarında ləkə qalmışdı,amma,elədə nəzərə çarpmırdı.Üzünü isə yumuşdu.Bununla özünə bəraət qazandırd.Doğrusu heçbir günahı olmasada,onun başına gələcəklər həmin o üç axmağın üzündən gələcəkdi.Anasının dediklərini xatırlayır.Bəli indi mən axmağam deyir özünə.-Yox,nə axmaq cəhənnəmliyəm mən,cani.Dərs olsun mənə.
Cibindən qulaqcığı çıxarır telefona qoşub mahnıya qulaq asa-asa kimsəsiz parka girir.Ortalardaki skamyalardan birinə əyləşib,vicanına səslənir.
-İndi danışmağın vaxtıdır,danış! Gör bir neylədin,orada olmasaydın bunlar başına gəlməzdi,necə imkan verdim axı mən.Dinləmədim böyük məsləhətini və indi bu günə qaldım.Mənə bu azdır da,koram mən,görmədim onların bu işlərə yol açabiləcəyini.İndi ay üstümə düşsə yeridir.Sabah həbsediləcəm mən.Mənimki buraya qədər imiş.
Düşünə-düşünə yuxuya gedir.
Günəşin şəfəqləri yerüzünə səpələnir.Yeni sabah başlayır.Hansıki dünənində möhtəşəm sirri gizlədir.
Günorta vaxtlarında Orxanı yuxudan oyadırlarki,məhz burada yatmaq olmaz.Yaman soyuqur hava,heç paltosu da yoxdur və birazdan...
Saat hardasa günortadan keçmiş,axşama doğru gedir.Elə bir vaxtdır ki,kimin işi vardırsa atıb bu gözəlliyi seyr etməlidir.Fikirləşin,bir tərəfdən gün batımına doğru gedir,önündən buludlar keçir,yağış isə narınlayır.Küçədə kopüşonsuz və yaxud çətirsiz biri az görünür.Kimisi qulaqcıq taxıb musiqi dinləyə-dinləyə müəyyən səmtə irəliləyir,kimisi o qədər fikirlidir ki,heç önünü belə görmür.Az "insanlar"-da var ki,parklarda əyləşiblər.Əsl qəhvə havasıdır.Hansısa bir kafedə əyləşib camdan çölə baxıb qəhvə içmək.Belə ləzzət.Televizyalarda,radiolarda cinayət hadisəsi səslənir.
 Amma bir nəfərin ürəyi yaman sıxılır.Orxan niyə belədir? Gecəni Bakının küçələrində keçirib,üşüyür.Şarjı bitməkdə olan telefonda həzin piano musiqisi səslənir,fikri isə Allah bilir haradadır?! Evə qayıtmalıdır.Onsuz bu qədər ayrı qalıb neyləyəcək,onun dəyərli ailəsi var.Gecə nə oldu?
-Ana,mən gəldim.Qapını aç!
-Oğlum!
Qapını açan kimi anasına elə sarılır ki,sanki güclü bir maqnit dəmiri cəzb edir.
-Ana,bağışla məni qurban olum sənə,məni bağışla.
-O nə sözdür? Mən sənə qurban olum.Niyə belə gec gəldin?
Anasından ayrılıb üzünə baxır.Onu bu dəhşətli hadisəni danışıb üzüntüdən öldürmək istəmir.Ancaq nə vaxtsa məlum olacaq.
-Səhərə kimi yolunu gözləmişəm,yata bilmədim.Telefona da cavab vermirsən.
-Heçnə ana dostlarla idik,səhərə kimi gəzdik.Yetim bir uşaq gördüm,ana,bilirsən necə yazıq idi.Səni xatırladım və dedim yaxşıki sən varsan.
-Can,mənim qamətli körpəm.Keç içəriyə yemək var yeyərsən.
Bu yerinə düşdü,çox ac idi.Elə yeməyə başlamışdı ki,televiziyada dünənki hadisəni göstərdilər.Qaşıq ağzında qalır.
(Dünən gecə saat 12-1 radələrində qətl hadisəsi baş vermişdir,hadisəni törədən şəxs məlum olmasada,nə üçün törədildiyi qismən aydın olub.Yerdə tapılan qanlı pullar onu göstərir ki,bu iki şəxsdən müəyyən miqdarda pul istənilibki,onu da verməyən şəxsə qarşı qətl baş verib.Hələki hadisə yerində meyitlərə aid olmayan bir palto aşkarlanıb,ekspertiza kimə aid olduğunu araşdırır.Ölən şəxslərin isə...)
Anası televizorun səsini azaldır-Ay yetimçələr,nə istədiniz o yazıqlardan hə,nə istədiniz? (Orxanın duruxduğunu görüb ona səslənir)-Görürsəndə necə insanlar var.
Orxan ayağa qalxır.
-Nə oldu balam mənim.
-Heçnə anacan,yedim doydum otağıma keçirəm.
-Yorulmusan yəqin keç yat.
Elə bunu demişdiki qapı döyüldü.Orxanın həyəcanı birə beş artdı,işlər düz getmirdi nəsə.Anası yaxınlaşıb qapını açdı.
-Mən Yoldaşov Taleh sizdən bizə imkan vermənizi tələb edirəm,evi yoxlamalıyıq.
Digər polisin gözü Orxana sataşır.
-Keçin cənab polis,ev sizindir.
Bir başa Orxana yaxınlaşıb onu kənara çəkdilər.
-Məhəmmədov Orxan Səməndər oğlu.
-Bəli!
-Paltonu gətirin.
Orxan olur qıpqırmızı.Arıtq cəhdin yeri olmadığını anlayır.İşi axarına buraxır.Palto gəlir.Ana qıraqdan izləyir.
-Dünən (Filan,filan)yerdə bu palto tapılıb.Sizə məxsusdurmu?
-Bəli.
-Bizimlə gəlin,qaçmağa cəhd göstərməyin.
Qollarına qandal vurub aparırlar.
-Ay polislər,hara aparırsınız mənim oğlumu.O nə edib? Nə günahı var onun? (Yadına qətl hadisəsi düşür.)-Vay! Dünya dağıla oğlum getdi.Nə edəcəm mən?
Sonrası məlumdur,o,hər.eyi boynuna aldı yalan da olsa.Dostlarını ələ vermədi.Cinayəti tək etdiyini izah etdi.Düzdür həmin o bıçaq onda olmasa da izahında onu başqa bir yerdə atdığını tapmağın mümkün olmadığını dedi.Cinayəti üstlənməyi bəs idi hərşeyə.Ömürlük həbs cəzası aldı.
Bəs digər dostları? Maraqlı sualdır amma sadə cavabı var,sonda cəhənnəmə getdilər.
Ərizədə isə belə yazılmışdır:

Mən Məhəmmədov Orxan Səməndər oğlu,dünən gecə 12-1 radələrində Sevilov Rəsul və onun sevgilisi olan Həyatova Leylanı qətlə yetirdiyimi bildirirəm.Bu da bilinsin ki,səbəbi madiyyat idi.Onlara zor tədbiq edərək məbləğ istədim,vermədikdə isə kəsici iti alətlə onları qətlə yetirdim.İstəyirəmki bu hadisə ilə bağlı tədbir götürülsün.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ