Dünəndən bir ümid yıxıb getmisən,
Dönüb ildırıma çaxıb getmisən.
Yaş olub,gözümdən axıb getmisən,
Ağlaya-ağlaya anıram indi
Mənim olan də, nəyindi?
Mənim olan de,nəyindi?....
Susub taleyilə barışar,ürək,
Qaçıb boşluqlara qarışar,ürək.
Yanıb körün-körün alışar,ürək,
Sızlaya-sızlaya yanıram indi,
Mənim olan,de nəyindi?....
Dünəndən bu günə yaşamıram,mən,
Puç olmuş xəyallar,yığnağındayam.
Səni itirdiyim dünən,bir ilmiş,
Həyat mənə baxıb qara geyindi,
Mənim olan de,nəyindi?...
Mənim olan de,nəyindi?...Nigar Məhərrəmli
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ