Günay Həsənli - Ölüm məni istəmir

Bu yazıya counter dəfə baxılıb

Mən ölüm istəyirəm,
Ölüm məni istəmir.
Məni öldürmək üçün
gəlib rüşvət istəyir.
Tumarlayıb başını
Sevə-sevə söylədim.
Qardaşımsan, bacımsan,
Səni istəyir bu can.
Apar məni nə olar!
Lap ata, anam da ol,
Şirinimsən, acımsan.
Gəl çıx otur başımda
Sən mənom daşa dönmüş
Şəkilli baş tacımsan.
Boylanma mənə gendən
Qorxma gəl mənə sarı.
Səni sevdiyim qədər,
Sevə bilməz yar-yarı.
Selə dönüb gəlirsə,
Yuyursan sağ-solumu.
Aparsan bütöv apar
Gəl qırma qıç, qolumu.
Mən səni gözəyirəm,
Gözləyənim var deyə.
Neçə qollar açılıb,
Hey səsləyir "gəl" deyə.
Mən ölüm istəyirəm,
Ölüm məni istəmir.
Məni öldürmək üçün
gəlib rüşvət istəyir.
Söylə sənə nə verim?
Acgöz olub getmisən.
Dünyanın varındanmı?
arlı arındanmı?
yarlık yarındanmı?
O uca zirvələrin ,
Ərinməz qarındanmı?
Söylə sənə nə verim?
Gücüm canıma çatar,
Gəl də canımı apar.
Canımı rüşvət verim ...
"Ölümü aldarıram,
Susun, susun, dinməyin! "
rüşvət verdiyim canın,
Həmin o can olduğun
Ölümə bildirməyin ...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ