Mən səni sevməkdən qorxuram,

Bu yazıya counter dəfə baxılıb
Mən səni sevməkdən qorxuram,
Axır gedəcəksən...
İstəmirəm,
Hisslərim yansın.
bu bahar qaranquş yuva qurmuşdu
Evimizin taxtasında
Balaları üçün yem daşıyırdı..
indi isə payızdır...
Nə qaranquş nədə balaları var.
Yuvası da uçub.
Xəyalımda qurduğum yuva,
Yağış damlasında uçsun istəmirəm.
Baharı, payızı sevmirəm.
Çiçəklərdən bir dənəsini saçıma taxsan,
Baharın sevgisi gözümə dolardı.
İçimdə yaşamağa ümid işığı doğulardı.
Həsrətini çəkdiyim yuvam,
Yolunu gözlədiyim sən olardın.
Sənsiz açılan sabahın rəngi solğun.
Qıyğacı baxışlarında həyat yox,
Gedirsənsə get.
Düşüncələrim dağılsın,
Fəsillər qarma qarışıq,
Həyat bom-boş.
Sənsiz varlığım yoxmuş...
Gülnarə İsrafilqızı.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ