Tural Turan - Dəmir məktub

Bu yazıya counter dəfə baxılıb
(Atasız və anasız xınalı quzulara)
Ağzı bağlı dəmir məktub, bu qapını döymə, döymə. Onsuz çıxan olmayacaq, açmasalar söymə, söymə. Sahibləri səfərdədi, göz göynədər səfər dərdi. Soruşma ki, səfər nədi, gözlərini qıyma, qıyma... Üstünü yazan kimdi, bu suçu ona mindir. Yer yarılsa get yerə gir, bu qapıya dəymə, dəymə. Nə gəlişdi apar – topar? (Məktublar, çapar ki, çapar)... Burda səni kim axtarar? – Hərədə üçü, düymə - düymə. ... Məktub məktub köçündədi. Ordan bura köçün nədi? Mürəkkəbi içindədi, nöqtələri döymə - döymə. Burdan yola saldım özüm, boynuna dikildi gözüm. Gəl, üstünü ora yazım, yol ağzında qoyma – qoyma. 4 bozay 2012 Bakı
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ