İradə Aytel- Əllərinin ətri

Bu yazıya counter dəfə baxılıb
Əllərinin ətrini 
Saçımdan yel apardı.
Gözlərinin rəngini
Gözümdən sel apardı.

İstəyimi, arzumu,
Sənə olan nazımı,
Gəncliyimin izini
Ağaran tel apardı.

Bu sevdadan arındım,
Günahımda qorundum.
Yolum sənə dar indi,
Məni bu yol apardı.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ