Ən yeni dövr
Azərbaycan ədəbiyyatında artıq iki axın, iki ədəbi cərəyan formalaşır.
Bunlardan biri Qərbin dəyərlərini sorğusuz- sualsız qəbul edən “irəlicilər” ,
ikincisi isə milli və mənəvi dəyərlərə sahib çıxan “ gericilər”. Günümüzdə
birincilər ədəbiyyatımızda at oynadırlar. Ən böyük ədəbiyyat saytları bunların
nəzarətində olduğundan istədikləri insanı dahi, yazar adlandırıb, göylərə
çıxarır, istəmədiklərini isə mentalitetçi adlandırıb, saytlara yaxın qoymurlar.
Bunların
ən böyük yalanı azadlıq sözüdür. Azad seksdən, azad düşüncədən dəm vuran bunlar
özləri ilə eyni düşüncədən olmayan yazarların yazılarını saytlarına niyə qoymur
görəsən? Yəqin ki, ya sərf etmir, ya da kimsə bunlara bu ölkənin “ anasını
ağlatmağı” tapışırıb ki, beldən aşağı yazıları ilə millətin beynini zəhərləsinlər.
Son dövrdə yazılan əsərlərin əsas qəhramanlarına
baxaq( bunların yazdığı).
1. Mavilər
2. Fahişələr
Sizcə
bununla nə demək, millətə nə aşılamaq istəyirlər. Mən deyim bunların işi ədəbiyyat
adı ilə sırf əxlaqsızlığı, içkini reklam etməkdir. İndi Bunların bəyənmədiyi Zəka Vilayətoğlunun “ Şah Ölüm” əsərinə
baxaq. Bu əsərdə namus, qeyrət, vətən sevgisi hər şey var.
Bəylər
sizə nə lazımdır?- Ciddi sualımdır.
Şou biznes dediyiniz yerdə yazar olan demirəm,
kitab oxuyan neçə müğənni var, Əxlaqsız işləri ilə deyil də sənəti ilə nəsə etmək
istəyən neçə nəfər var.
Demək sizə hər şey olar- Ölkəni, dövləti, milləti
təhqir edib ölkədən qaçmaq, mühacirətdə
yağ- bal içində yaşamaq, bunu bacarmayanda isə geri dönüb “xatirələrini”
millətə sırımaq.
Azərbaycan qadının ən məhrəm məqamlarını qələmə
almaq, onu təhqir etmək, milləti aşağlamaq.
Ucuz içkiləri reklam edib, gəncliyi zəhərləmək,
ciyarlarını çürütmək- bir sözlə sizə hər şey olar, ancaq bizdən biri çıxıb ədəbiyyat
üçün nəsə yaxşı bir şey eləmək istəyəndə hamınız dahi kəsilir, etiraz səsinizi
yüksəldirsiz. Bəylər yazdıqlarınız unudlmağa, özünüz də elə o reklam etdiyiniz
içkilərlə məhv olmağa məhkumsuznuz.
Bundan öncəki dövrə nəzər salaq. O zaman da
“yenilikçilər” vardı. Bunların başında isə “ Oxuma, Tar” deyən Süleyman Rüstəm dayanırdı. Ancaq bir cavan oğlan çıxdı
və “ oxu, Tar- səni kim unudar” dedi. Və
millət nə o cavan oğlanı, nə də ki, Tarı
unutdu.
Bu gün siz nə qədər “ oxuma, Tar” desəniz də,
o Tar hər zaman oxuyacaq, heç susmayacaq.
Tural SAHAB.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ