Istəyirəm bu gün bizdən yazım mən.

Bu yazıya counter dəfə baxılıb
Hansı fikirdən başlayım, hansı sözdən yazım mən?
 Istəyirəm bu gün bizdən yazım mən.
Dirilsin qoy ağ kağızda,
 uzaqda defn edilmiş boz rəngli xatirələr.
Dəyişdirsin həyatımı toz rəngli xatirələr.
 İşıq düşsün üzərinə, ovuşdurub gözlərin oyansın bircə anlıq.
Məni arada qoysun qocalıqla-cavanlıq.
Qarşılayım dünəndən gəlmiş olan bu günün qonagini.
Eşidib sorağını.
Taleyin qurbanini sakin edim ozumde.
Bir mənzərə yaransın ki gözümdə.
 Baxan desin bəxtəvərdi.
Fələk verməz buna dərdi
. Məndə ki bir  məhəbbətin kədərli sonluğunu,
 saxta gülüşlərimin arasında gizlədim.
Etdiyin xəyanəti, bəs əsl həqiqəti,

 bu darısqal dünyanın harasında gizlədim???

Azadə Abdinova
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ