Tural Sahab- Ölmüş xəyalların kölgəsində ( sevgi məktubu)

Bu yazıya counter dəfə baxılıb

Bakıdan şəkiyə gedərkən avtobusun arxa yerlərindən birində əyləşib telefonuma yazı yazıram .Vaxt daraldıqca sanki ,avtobus tələsir ,içində əyləşən yolcuları sevdiklərinə qovuşdurmağa can atır. 
Bəlkə bilmir bəzilərini sevdiklərindən yollar deyildə.elə sevdiklərinin gözləri ayırır. 
Bəlkədə bilmir indi içində atıb tutduğu,sevdiyinə şeirlər yazan bir şairi getdikcə sevdiyindən ayırır. Bunları bilsə hər halda bu qədər sürətli getməzdi betonların torpağı öldürdüyü yollarda,bu qədər tələsməzdi ,bir ürəyi sevdiyinin nəfəs aldığı şəhərdən alıb, başqa bir şəhərə götürməyə 
Axı avtobusun nə günahı var ki , o haradan bilsin şairlərin ürəklərinin bir az daha dəli olduğunu,bir şairin başqa bir şairi sevməsinin isə fəlakət olduğunu .Şairin sevdiyinə yazdığı məktubu çox vaxt sevdiyindən başqa hər kəsin oxuduğunu 
Gecə oldumu nədənsə daha çox düşünməyə başlayır insan .Bir də yol gedirsə ,adəta zaman adamı düşünmək üçün zorlayır .İnsan yaşadığı və yaşamaq istədiyi həyatı düşünməyə başlayır .Düşünürsən görəsən adına şeirlər yazdığım şairə dosdum nə vaxtsa bir cümlə də olsa mənə yazacaqmı, yazdığım şeirləri bir ömür boyu , ilk olaraq o mu yoxsa başqasımı oxuyacaq, görəsən o xəyallarımı öldürən ipək saçlar, nə vaxtsa göz yaşlarıma məlhəm olacaqmı, gözlərimi qorxudan o baxışlar nə zamansa xəyallarımı oxşayacaqmı . 
Bunların olacağına inanmasamda ümidimi itirmirəm. Çünki ümidsizliyin haram olduğunu bilirəm, ömürümü və sevdiyimin ömürünü yazanın dilərsə həyatlarımızı birləşdirməyə qadir olduğuna inanıram. 
Getdikcə kürdəmirə yaxınlaşan avtobusda deyəsən oyaq olan tək mənəm,biri telefonda bu qədər yazdığımı görsə, yəqin fikirləşər ki, bəxtəvər başına hər halda sevdiyi ilə mesajlaşır, haradan bilsinlər ki, olmayan sevgiliyə heç vaxt oxumayacağı məktubu yazıram. 
Ancaq inandığım dəyərlər oxumasa belə o məktubu yazmağımı söyləyir. Çünki səhralara düşən dəlilər kralı qumlar üzərində gəzərkən düşünmürdü ki , leyli gəlsin də onun üçün etdiklərimi görüb afərin desin.Tək düşüncəsi sevgisini dağla daşla paylaşmaq, aşiqlik dərəcəsini artırmaqdı. 
Tərifi qarşılıqsız sevmək olan eşqin bizdən istədiyi də acı çəkməkdir. Amma sevgiliyə duyurmadan, sadəcə çəkdiklərimizi Allah bilsin və aşiqlik dərəcəmiz artdıqca, kim bilir bəlkə bir gün bizdə məcnun kimi leyla yerinə mövla dedik , sevgilini bir bədənə həps etməkdən qurtulub, səmaların belə üstündə axtarmaq üçün yola düşdük. Hələlik isə axtardığımız leylidir və ona qovuşmaqdır ilahidən tək muradımız 
Bu gecə yarısı şəkinin soyuğu qollarını sevdiyimin yerinə boyunuma dolarkən və barmaqlarını əvəz edən rüzgar oxşarkən saçlarımı düşündüm ki deyəsən aşiqlikdə bir köynək də qazandım. Çünki təbiətin yavaş- yavaş sevdiyimi əvəz etdiyini hiss edirəm. Avtobusun pəncərəsini yumruqlayan yağış damcıları sanki dodaqlarıma çatmaq üçün çırpınır, gecə ən soyuq nəğməsini söyləyir yuxu ilə mübarizə aparan gözlərimə. 
Və mən səni düşünürəm sevgiyə çevrilən bir dostluğun ölümündən doğan nifrətin işığında. 
Maşın çoxdan şəkiyə çatıb, indi mən soyuq və qaranlıq bir otaqda oturub yenə yazıram. Nə yazdığımı, kimə yazdığımı bilmədən. 
Kaş şairə dosdum məndən nifrət etməsəydin, kaş səni nifrətin qədər sevməsəydim və sevgim qədər olan nifrətin yandırmasaydı xəyallarımı. Bəlkə o zaman səni sevdiyimi söyləyirdim əlimdəki telefona, telefonda sənin səsinlə sevindirirdi qulaqlarımı. 
Şeirlərindən birini bəyənən anamım \bu şeiri yazan kimdi\ sualına – dəli bir qız yerinə, məni dəli edən və inşallah sənin gəlinin olacaq dünyalar gözəli, baxışları qələmindən kəsgin olan bir qızdı deyə bilsəydim. 
Kaş ki, barmağımda sənə aid bir üzük olsaydı və hər gecə göz yaşlarımla yuyulsaydı. Ancaq mən utanıram sənə aid olan bir üzüyün kölgəsinə sənsizlik adlı günəşin yandırıcı istisindən, sığınmayan barmaqlarla sənə sözlər yazmaqdan,o çox sevdiyin vətənin bir güşəsində yollara düşən yarpaq olmayıbda, o yarpağı əzib keçən ayaq olmaqdan, çox utandım şairə dosdum şəhid olmadan vətən torpaqlarına toxunmaqdan. 
Bəzən düşünürəm kaş səndən öncə oxusaydım, oxuduğumuz fakültədə və hər kəsin şeirlər yazdığı şanlı şəhidlərdən biri olsaydım, səndə bir şeirinlə yad etsəydin məni. 
O zaman məndə cəhənnəm atəşinin haram olduğu bədənimi sevdanla yandırsaydım. 
Əgər bir gün gerçəkləşərsə xəyallarım və məni qurban qəbul edərsə müqəddəs vətən torpaqları, bil ki, türk qızı sahib olmadığı barmaqlarla ona şeir yazmağın olacaq bir şəhidin son arzusu. Bilirəm ki, sən bir şəhidin son istəyini yerinə yetirməyəcək qədər az sevmirsən vətənini. Nəsib olarda, o şəhid mən olsam belə 

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ