Günorta
idi səhərdən evdən çıxmışdıq. Bilgisayarın qabağındə boğazımız qurumuşdu. Xanımlara
təklif etdim ki, gəlin gedək aşağıda çay
içək onlarda qəbul etdilər. Əvvəlki həftələrdə təmizlik işinə baxan Xalidə
xanımdan mətbəxdə çay içməyə icazə almışdım. Xalidə xanım olarmı burda çay içək
demişdi niyə olmur gəlib içərsiz. Bu xanımların da, heç birinin imkanı yox idi
ki, hər dəfə iyirmi qəpik verib çay alsınlar çünki, biri atasız dörd yaşında
uşağa baxırdı. Uşaq da, bərk xəstə idi. Iki gün əvvəl Qurani-kərim müəlliməsi bu
xanımın ağladığını görüb soruşur; Samirə sənə nə olub?! Samirə cavab verir: Əli
bərk xəsdədir. Bu gün kiçik bayıra gedəndə uşağın daxilindən qan gəldi pulumda
yoxdur ki, həkimə aparım. Müəllimə deyir xahiş edirəm uşağı gətir həkimə
aparaq. Uşağı götürüb həkimə apardıqda bərk soyuqladığını deyir həkim. Elə dərmanları
da, müəllimə alır. Bir az öncə bu məsələni də Samirə mənə danışmışdı. Digər
qızımızın da, əlil bacısı, ata
qayğısından uzaq ailəsi vardı. Nə isə aşağı düşüb yenicə stəkanları yumuşdum
ki, Müdir köməkçisi Azad gəldi. Dedim; biz gəlmişdik çay içək elə bu sözü
demişdim ki, sözüm ağızımda yarımçıq qaldı.
Bilirsiz xanım əslində sizin burda çay
içməyiniz düzgün deyil. Soruşdum niyə? dedi: müdriyyət içazə vermir. əgər siz
icazəsiz burda çay içirsizsə? bilinki, bu mal qəsbidir (halalığı yoxdur) dedim
mən Xalidə xanımdan icazə almışam. Həmidəki, biz buranın tələbəsiyik axı... Nə
olsun ki, siz buranın tələbəsisiz çay içirsiz çıxın yuxarı pul ilə alıb için
dedim; bizim pulumuz yoxdur ki, hər dəfə iyirmi qəpik verib çay içək, belə də,
pis çıxmasın bir yerdə işləmirəm bir şey eləmirəm pulu hardan alım? Həmin pulu
yol pulu edərəm. İçməyin!!! Nə məcburdur ki, siz çay içəsiniz zəruridir ki,
sizin çay içməyiniz. Xanımlar qapının ağızında quruyub qalmışdılar nə bir addım
dala nədə qabağa yeriyə bilirdilər. Mən çayı süzüb qabağıma qoydum. Amma bunun
da, düzgün olmadığını da, bilirdim. Sual etdim axı nədən Müdriyyət icazə
vermir?! Çünki ayda yüz manat çaya pul verəsi deyilki...dedim başa düşmədim bu
nədir ki, yüz manat pul tutsun bu su Allahın suyudur, çaya gəldikdə isə alıb gətirərik,
siz Allah rizası üçün içərsiniz. Birdə ki, buranın baş müdiri ağayi-Nuridən
halallığını alaram. Qiyamət günündə də, bunun cavabını Allaha verərəm deyib
qapıdan çıxdım. Bu məsələnin şəri hökm olduğunu bilirəm amma əxlaqı yöndən
yanaşdıqda belə bir islam dinin olmasına inanmıram Hz. Əli(ə) gecələri səhərə qədər
yuxu yatmaz, yetimlərə, aclara, miskinlərə kürəyində yemək daşıyıb paylayardı.
Heç kəs bilməzdi ki, bu Hz. Əlidir. Bu işi saleh insanlar, Peyğəmbər və Peyğəmbər
övladlarının hamısı öz növbəsində həyata keçirib. Anlamıram bu qədər xüms
pulundan imkanı olmayan tələbələr niyə yararlana bilmirlər?!. Bəlkə xüms pulu
düzgün ünvana çatdırılmır?! Ya da, fətva verən müctehidlər imkanı olmayan tələbələri
nəzərə almayıb...məni düşündürən bir məsələ var. Bu həftə vəhdət həftəsidir.
Görəsən Hz. Rəsulu- Əkrəm s.a.s -in doğum gununu təmtəraqlı qarşılayanda bir stəkan
çayı digər bir insana qıymayan insanlardan necə razı qalacaq??? Bu mübarək
Allahın elçısı, yer üzünün xəlifəsi, yetimlərin atası... Mən sadəcə şəri hökm
üzərində qurulmus islamı tanımıram tanımaq da, istəmirəm. Dinin üş əsas sütunu
var. 1.Əqidə, 2.Əxlaq. 3.Əhkam. bunlardan sadəcə biri ilə yaşamaq tək ayaqlı
yeriməyə bənzəyir. Belə insanlar isə heç vaxt Allaha doğru gedə
bilməzlər. Belələrini görəndə islam dininə qarşı içinizdə ikrah hissi
oyanmasın din başqa dindar başqadır. Həzrəti Rəsulu Əkrəmin gətirdiyi dini tanısanız
yetər. Çünki O Allahın insanlar üçün xeyirli bildiyi şeylərdən başqa bir şey
söyləmədi. Allah mənə çay alıb aparmağı,
Azada isə insan olmağı nəsib etsin. Amin!
13.01.2014
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ