Akif Səməd - Dərvişlik

Bu yazıya counter dəfə baxılıb
Bu dünya binnət olalı, Gəlib cahana dərvişlik, Səhraya qaçan məcnuna, Olub bəhanə dərvişlik.
Hamının işi Allahlıq, Hllahlıq sabah-sabahlıq, Hanı dərvişanə şahlıq, Hanı şahanə dərvişlik.
Güzgüyə baxdıq utandıq, Özgədən nələr umandıq, Daha nə şahlıq sultanlıq, Allah daha nə dərvişlik.
Gözəllər var aynaqabaq, Camalından olmur doymaq, Qızıl gümüş tabaq-tabaq, Dostum şaha nə dərvişlik.
Çoxdan enib sözə qürub, Çalınmır israfil suru Arvad-uşaq üzə durub, Akif ya hu nə dərvişlik.
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ