Nigar Məhərrəmli - Gedirəm

Bu yazıya counter dəfə baxılıb










Gümanım min yoldu,aranda,dağda,
Görməli günüm var hələ qabaqda.
Vüsalım hey gəzir,səsdə-soraqda,
Sevdamı ovcuma sıxıb,gedirəm,
Özüm,öz-özümdən çıxıb gedirəm.

Bəlkə də səninçün dəyməz min aha,
Sənsiz hər gün gələr gecə,sabaha.
Səni sevə-sevə batıb günaha,
Mən sənin arxanca baxıb,gedirəm.
Özüm,öz-özümdən çıxıb,gedirəm.

Sevirəm söyləyən dilmi günahkar?
Telləri darayan əlmi günahkar?
Vaxtsız yağıb bitən selmi günahkar?
Savabı gözümə yığıb,gedirəm.
Özüm öz- özümdən çıxıb gedirəm.

Zəmanə dəyişib,dövran dəyişib,
Bəlkə də eşq adlı fərman dəyişib.
Gözlərim durulmur,ümman dəyişib
Zamanı yoluma taxıb gedirəm,
Özüm,öz-özümdən çıxıb ,gedirəm.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ