İnsan arzularla, ümidlərlə yaşayır.
Ümidlərin də sona dirəndiyi yer varmış. Orda həyatın mənası ölür... orda hər
şey bitir. Sevgi hesab etdiyin ülvü duyğular səni sonsuzluqda azdırır, yox
olursan itirsən sonra ayılırsan ki, bu da bir yuxu imiş. Sadəcə yatmısan. ömür
boyu yatdığın kimi. Gəncliyini yuxulayıb qocalığın yellərinə veriyin kimi. Hər
yeni gün ömrünün günəşi çıxacağına ümid bəsləyərək yuxudan oyanırsan. Hər səhər bu günəş mənim ömrümə doğdu
deyirsən axşam yenə də, zülmətlərə qərq olursan. Ümidini itirmədən yoluna davam
edirsən bir qarın ac, bir qarın tox, bir libas geyinir beşini geyinmədən. Təbəssümə
möhtac qalır gözlərin. Kədər dolu gülümsəyən gözlərin ətrafdakıları aldadır. O
baxışlar altında xoşbəxt görünürsən. Hamının bildiyi heç nə səni incidir. Adı
heçnə olan bu hər şeyi yalnızca sən anlayırsan. Başqaları, sənin zərif
duyğularından xəbərsiz... yenə də yoluna davam edirsən ümidlərlə... ümidin
payız yarpaqları kimi ürəyində saraldığını görürsən. Artıq yaş o yaş deyil. Bu dəfə ömrünün günəşinin
batdığının şahidi olursan. ümidin isə dirəndiyinin. Ömrün
günəşi nədən çıxmadı? deyib yerə çökürsən. Orda hər şey bitir. Düşünürsən görəsən
nədən yaşaya bilmədim. Yoxsa ümidlərmi aldadaraq son mənzil yolunun başına gətirdi.
Bəzən deyilir ki, ümid sonda ölür. Heç sonda da, ölmür. amma ümidin dirəndiyi
yer göz yaşının axdığı, Günəşin doqduğu yer imiş demə...Hər şeyi qazanmadan
itirdiyin. Dadını bilmədən dadından danışdığın həyatının bitdiyi yer. Bunca illər
həsrətlə yaşamaq istədiyin həyatın bitəcəyi gün. tökülən göz yaşının atəşində
yandığın günlərin. Buda sən və sənin ömrün. Qalaq- qalaq hekayələrin, nəyə
yaradı. yaşamadan başqasını necə yaşadacaqsan?! sus danışma insan... danışma. Sənin
danışmağındansa süsmağın daha qiymətlidir...tökül bu dünyanın budaqlarından.
Qoy ürəyi istəyənlər səni ayaqlasın...heçnə olmamış kimi keçsin məzarından...buda
sən və sənin ömrün. Bəlkə də qəbrini taptalayanlar, doğulduğundan taptalayan
ataların anaların övladlarıdır. Onsuz da taptalanmağa alışqan deyilsənmi nədən
narahat olursan qoy taptalasınlar. O ayaqların da bir hesabı var...bu da sənin
dünyanın günəşi soyuq məzardan boylanan işıqlı sabahın...Aç ürəyini dünyaya sev
dünyanı...Yaşamadığın günlərin acısını çürüyərək çıxar. Burda da, günəşin hərarətindən
yanacağın günü gözlə...Ümidlə ümidsizlik arsında qalmadan...
Əgər dünyada yaşamadınsa yaşayacağın
şeylər səni qorxutmasın...onsuzda dadını bilmədiyin bir xoşbəxtlik sənə ikinci
dünyanda da, yaxın gələn deyil. Bacara bilmədiyin şeyi necə yaşaya bilərsən
axı...Dünyada sənə verilən saysız nemətlərin qədrini bilmədən keçindiyin kimi
burda da keçinəcəksən. Sənə verilsə belə insan... Yaxşısı budur vücudunu
torpağa, ruhunu isə burax sənə üfürənə qoy istədiyi yerə yerləşdirsin...O,
insanlar kimi, yaratdığını taptalamaz bəlkədə... Amma Onsuzluğun atəşində də
yanacağını gözə al…
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ