Çox
şeyin gedişatını dəyişə biləcəyimiz kimi bir o qədər də təsir edə bilməyəcəyimiz
həyata sahibik. İstəklərimiz və təqdim olunanlar arasında ziddiyyətlər həmişə olub . Gedəcəyimiz ya da getdiyimiz
yol döngələriylə təəccübləndirməyi bacarıb . Rahat görsənənlərin arxasındakı çətinliklər,
ehtiyat etdiklərimizin əsasını təşkil edən asanlıq. İstənilən halda təzadlarla
üzləşir , təəssüfü, heyfslənməyi, təsadüfləriylə yaşayırıq bu həyatı....
Hər çətinliyin
sonunda rahatlıq var ya yox bilmirəm amma bildiyim odur ki , sən, mən hamımız
yalnızca asanlıqla əhatələnməmişik bir dəfə də olsa ( hansı ki çox olur ) o çətinliyi
yaşayırıq . ( Bir kərə dadanlar və ömrü bununla keçənlər. Əlbəttə aralarında fərq
böyükdü)
Hər
şeyin başlanğıcı var. Kədərin , sevincin , məyusluğun bir sözlə yaxşı və pis hər
şeyin.... Və nə qəribədi ki, sən məhz başlanğıcları və sonu unutmursan . Başlanğıc
və son arasında olan dövrü yadda saxlamaya da bilərsən amma bu 2 məqamı əsla...
Nədir
başlamaq? Heç düşündünmü nə olan şeydi ki,
onun tarixi yadda saxlanılır , unudulmur və daima da xatırlanır. Niyə bu bizi
bu qədər narahat edir? Nyə hamımız yaxşı başlanğıca bu qədər can atırıq?!
Və Məgər ancaq yaxşı işlərəmi başlanğıc
veriirk?! məgər başlanğıc yalnızca
yaxşıylamı yekunlaşır?
Başlamaq
yenilik , yenilənmək deməkdi , həvəs, sabaha inam , ümid demək.... Əksər
hallarda bunu bilərək edir, mümkün olduğu qədər
mükəmməl olmağa çalışırıq....
Bəs
yaxşı həmişəmi buna nail oluruq? Zənnimcə yox ... Çalışmaq nəticəni əldə eləmək demək deyil.
Yaxşı deyə başladığın, natamam
gedişat və arzulamadığın
sonluqlar da olur....
Və sən
yenə də başlayırsan amma bu dəfə nəyə , ruh
düşgünlüyünə , xəyal qırıqlığına , məyusluğa...
Bundan
sonra başlayır heç nə eləməmək istəyi , indən sonra nə olursa olsun prinsipi
....
Durğunluq
, mənasız keçdiyini hesab elədiyin həyatın , sənə köməklik göstərmək istəyən
dostlarını ciddiyə almamaq , belə lazımmış kimi məşğuliyyətlərindən də üz döndərmək..butun
bunlar da –başlayanlar- içərisindədi.
Eşitdiyin
hər sözü təsəlli kimi qəbul etmək , sənə deyilən məsləhətləri dinləməmək ,
uzanan əlləri görməmək və daha nələri qaçırmırsan ki həmin anda... Fərqində
olmadığın çox şeylər olur .
Vəziyyətini başa düşmək olar , sən nələr gözləyirdin nələrlə qarşılaşdın
... Kimisə anlamamaqda təqsirləndirmə və sənə deyilənləri də cavabsiz ,
reaksiyasız buraxma ... Və ən əsası da unutmamağını bildirdiyim , diqqətini bu
yöndə cəmləməyini xahiş etdiyim bir məsələ var .
Biləsən
ki ,beləcə başlayırsan həyatı öyrənməyə
. Səhv edə-edə dərk edirsən düzün nə olduğunu, çətinliklərlə bilirsən
rahatlığın qədrini , kədərlə anlayırsan
sevincin ləzzətini...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ