
Vasif ZÖHRABOĞLU (Mustafayev Vasif Zöhrab oğlu) 1986-cıil aprel ayının 19-da Şəki şəhərində anadan olub. 1993-2004-cü illərdə Şəki şəhər Nur Paşa Hümmətov adına orta məktəbdə təhsil alıb. 2004-2005-ci ildə ordu sıralarında hərbi xidmətdə olub.
Şeirləri “Zərif beytlərimiz” almanaxında, “Türk dünyası şairlər antologiysı”nda və başqa bir sıra mətbu orqanlarda dərc olunub.
Adam ölməyə də darıxır hərdən
Bir ucuz ölümün möhtacı olur.
Lap belə dünyaya gəldiyi yerdən,
Getdiyi yerəcən tapmaca olur.
Bu kasıb ömrümdən kimdir pay uman?
Bu uçuq daxmamın qonağı olsun.
Mən ölüm eşqiylə alışan, yanan,
O mənim eşqimin çirağı olsun.
Bu uçuq daxmamın qonağı olsun.
Mən ölüm eşqiylə alışan, yanan,
O mənim eşqimin çirağı olsun.
Göylərin həsrəti başıma döyür,
Evimin damından yağış, qar keçir.
Hardasa bir ünvan mənə gəl deyir,
Hardasa könlümdən intihar keçir.
Evimin damından yağış, qar keçir.
Hardasa bir ünvan mənə gəl deyir,
Hardasa könlümdən intihar keçir.
Anam, derd eləmə, daha qem yemə,
Bu ömür olmadı səbirdən sonra.
Dur məni yola sal oldüyüm günə,
Deyirlər həyat var qəbirdən sonra…
Bu ömür olmadı səbirdən sonra.
Dur məni yola sal oldüyüm günə,
Deyirlər həyat var qəbirdən sonra…
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ