Elə
bil, qərq oldum bahara, yaza,
Qəlbim
dilə gəldi, çevrildi saza.
Səbr
edib dözəcəm işvəyə, naza,
Bu
işvə, bu nazdan bezən deyiləm.
Vuruldum
gözlərə, dilə, dodağa,
Çatma
qaşlarına, alma yanağa.
Olsa
da bu yazıq sənə sadağa,
Səndən
uzaqlarda gəzən deyiləm.
Yandırıb
odlara yaxmısan, gülüm,
Nur
olub qəlbimə axmısan, gülüm.
Qabil
Ədalətin, baxtısan gülüm,
Səndən
əllərimi üzən deyiləm.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ