Qəlbimdə
son bahar havası var.
Qəlbimdə
susmuş dəniz aynası var,
Tufan
öncəsi sakitlik kimi.
Son
kəs gözlərimə baxıb getdin,
Qəlbimdə
lal olmuş hisslərim var.
Qəlbimdə
hərəkətsiz yarpaqlar var,
Leysan
öncəsi bir sakitlik kimi.
Son
kəs əllərimi sıxıb getdin,
Qəlbimdə
sıxılmış bir ürək var.
Qəlbimdə
can verən məhəbbətim var,
Ölüm
öncəsi bir darlıq kimi.
Son
kəs üzümə gülüb getdin,
Qəlbimdə
bu gülüşə bir heyrət var.
Qəlbimdə
bu gülüşə bir üsyan var,
Ayrılıq
öncəsi haqsızlıq kimi.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ