Bu Gecə yuxuma gəl.
Üz-üzə
dayanaq, Göz-gözə baxaq.
Ellərin
saclarımı darasın.
Şirin-şəkər
sözlərin sağaltsın ürəyimin yarasın. . .
Bu gecə yuxuma gəl.
Əl-ələ tutub
gəzək səninlə.
Söz açaq
kecmişdən, danışaq gələcəkdən.
Yenə xəyallar quraq,
yeni arzular tapaq.
Əllərinin istisi yandırsın əllərimi.
Unudum hər şeyi səninlə.
Səninlə qarşılayıb yola salım bundan sonra illərimi.
. .
Bu gecə
yuxuma gəl.
Yaman
darıxmışam axı.
Gör nə
vaxtdan gorüşmürük,
Gör nə
vaxtdan danışmırıq,
damarımda
qan yerinə həsrət axır. . .
Bu gecə
yuxuma gəl,
Gözlərinə
darıxmışam.
Mənə
“ömrüm-günüm” deyən sözlərinə darıxmışam.
Sən də darıxmısan axı, xəyallarda səsləyəcəm.
Bu gecə
yuxuma gəl, Gözləyəcəm. .
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ