Şəhla Ramazanqızı- Ölürəm

Bu yazıya counter dəfə baxılıb
Ölürəm
Vətənimin qəlbi dağlı,
Ölürəm ana, ölürəm.
Övladının yolu bağlı,
Ölürəm ana, ölürəm!

Həsrət qalmışam Laçına,
Xocalı gəlmədi cana,
Ürəyimtək əğyar yana
Ölürəm ana, ölürəm!

Dəniz olub göz yaşlarım,
Susub səslənməyir tarım.
Qəlbdə Qarabağ qubarım,
Ölürəm ana, ölürəm!

Qovuşmadıq son nəfəsdə,
Durub düşmən bizə qəsdə,
Qulağım şad xəbər, səsdə
Ölürəm ana, ölürəm!

Təravətli yaz Qarabağ
Ən incə avaz Qarabağ
Başdaşıma yaz Qarabağ
Ölürəm ana, ölürəm!



Qarabağ
Laçın da bizimdir, Şuşa da bizim,
İzləri qəlbimdə var düzüm-düzüm,
Elə istəyirəm ana vətəni,
Qarabağ yurdunu bir də mən gəzim.

Qəlbinin bircəcik arzusun bilim,
Çağlayan bulaqlar başına gəlim.
Kövrəlsin, razıyam, töksün göz yaşı,
Toxunsun gözünün yaşına əlim

Atlar qana batıb cıdır düzündə,
Kədəri, qüssəsi vardır üzündə,
Hələ sağalmayıb yaraları da
Düşmən gülləsinin izi dizində

Bülbülü inciyib, gülü xar olub,
Enli küçələri yaman dar olub.
Anam Azərbaycan danmaz övladın,
Qarabağ adında övlad var olub!








Vətən  nədir?
Vətən  nədir? Qoynunda göz açdığım,
Ulduz olub səmada nur saçdığım.
Ətirli gülləri mənə qoxladan,
Üzrəində oynayaraq qaçdığım.

Vətən  nədir?  Vətən  hardan başlanır,
Necə izah olunaraq açılanır.
Xoşbəxtdirmi vətənini sevməyən,
Belələri  vətəndə də daşlanar.

Vətən  nədir? Qarşıda kı xoş həyat,
Yoxsa deyən  “keçmişinlə uyu, yat”
Harada yarandın, harada sərbəstsən,
Bütün insnlara vətən kainat.

Vətən  nədir?gəzmək üçün bir məkan,
İnsan sevincinə eləyən təkan,
Şəhla üçün vətən geniş anlamdır,
Vətəndə ayağa batmaz bir tikan.








Azərbaycan

Havası damarda qandan əzizdir,
Cənubu Şimaltək bizə əzizdir,
Tarix səhifəsində qalan bir izdir.
İkiyə bölünüb bir ürək, bir can,
Qəlbi, ürəyi  dərdli Azərbaycan!

Bir zərif gül idin dərdilər səni,
Sonra qopardılar ləçəklərini,
Artırdılar artıq olan dərdini,
Zəhərləndi damarlarında al qan,
Hanı böyük, qüdrətli Azərbaycan?!

Şahları ağladan hökmdarların,
İtirdik o qoyduqları mirasın,
İşğalına düşdü havadarların,
Susdu heyrətləndi bu işə cahan,
Övladına həsrətli Azərbaycan!

Düşmənlər qəlbini diddi, dağıtdı,
Sərvətini hərə bir yana dartdı,
Bununla ah-nalə göylərə çatdı,
Fələyin çərxini fırlatdı dövran,
Yenə savaş  qeyrətli  Azərbaycan!




Gül ikən ləçəyin İranda qaldı,
Rus, erməni gözəl ətrini aldı,
Üçündən bir hissən qələbə çaldı,
Qiymətlidir indi hər dəqiqə, an
 İndi də çox hörmətli Azərbaycan


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ