RÜŞVƏT

Bu yazıya counter dəfə baxılıb
Akif ABBASOV

                                             (hekayə)
Prokurorluğa şikayət gəlmişdi ki, qonşu ölkələrdən birinin maşınları gəlib bizim ərazimizdən keçəndə Çinarlı rayonunda yol polisləri heç bir əsas olmadan onların qabağını kəsir və rüşvət tələb edirlər. Şikayət ərizəsində yol polislərinin döş nişanlarının nömrələri də qeyd olunmuşdu. Həmin polisləri respublika prokurorluğuna çağırır, ərizə ilə onları tanış edirlər. Yol polisləri min dona girir, and-aman edirlər ki, belə bir şey olmayıb. Görünür, yolda onları saxlayıb yoxladığımızdan narazı qalıb şikayət ediblər.
Zərərçəkənlər qonşu ölkədə yaşadıqlarından onları yol polisləri ilə üzləşdirmək mümkün olmur, həm də oradan-buradan bu polislərə qəhmər çıxan, minnətçi düşənlər tapılır və onlar xəbərdarlıq edilərək buraxılırlar.
Bu məsələ ilə prokurorluqda məşğul olan mayor Malikov bir dəfə ailəsi ilə Gəncəyə gedirdi. Çinarlı rayonuna çata-çatda yol polisləri onun idarə etdiyi «Mersedes»i saxlatdırırlar. Malikov maşından düşmədən onların yaxınlaşmasını gözləyir. İki polis işçisi yaxına gəlir. Biri özünü təqdim edir:
– Çavuş İbrahim İsmayılov!
Mayor Malikov dillənir:
– Buyurun, eşidirəm. Nə günahın sahibiyəm?
İkinci yol polisi aydınlaşdırmağa başlayır:
– Vətəndaş, əvvəla, kəmər taxmamısınız…
– Bunu bildik. Bəs sonra?
Yol polisi maşının qabaq şüşəsini göstərərək deyir:
– İkinci səbəb də var. Texniki baxışdan keçib-keçməməyinizi bildirən vəsiqə pəncərə şüşəsinə yapışdırılmayıb.
Mayor Malikov soyuqqanlı:
– Bunu da bildik. Lakin üçüncüsünü nədənsə demədiniz. İndi mən nə etməliyəm?
Bu dəfə çavuş İsmayılov dilləndi:
– Arif adama oxşayırsınız. Üçüncüsü də odur ki, nahar etməliyik. Əllicə manat versəniz, bu günkü naharı sizin hesabınıza edərik. Ondan sonra da siz sağ, biz də salamat…
Mayor Malikov çıxarıb pəncərədən 50 manatı ona uzatdı. Çavuş İsmayılov sevincək pulu aldı və hərbi qaydada təzim etdi. Mayor Malikov əlini döş cibinə atıb prokurorluğun vəsiqəsini çıxardı və onlara göstərdi:
– Mayor Malikov!
Yol polisləri özlərini itirdilər. Çavuş İsmayılov cəld pulu maşının pəncərəsindən içəri atdı. Mayor Malikov:
– Bununla izi itirirsən? Keçməz, əzizim. Bu, daha pis. Əlinin izi pulda qalıb.
Yol polisləri bilmirdilər başlarına haranın külünü töksünlər. Möhkəm ilişmişdilər. Əlacları yalnız yalvarmağa qaldı. Mayordan kar aşmadığını görüb onun arvadına dil tökdülər:
– Ay bacı, bizi çevirin balalarınızın başına. Bizi sistemdən çölə atacaqlar. Tutub dama basacaqlar. Evdə bir çətən külfətimiz var.
Mayor Malikov o biri polisin də adını, soy adını soruşdu. Onları tanımışdı:
– Yadınızda var ki, sizi prokurorluğa çağırmışdılar. Onda and-aman edirdiniz ki, siz aydan arı, sudan durusunuz. Qonşu ölkədən mal gətirib-aparan sürücülər sizə şər atırlar. Bəs indi nə oldu ki, yolda dayanıb gəlib keçənə əl açırsınız?
Yol polisləri də vaxtilə onların işini aparan, indi isə mülki geyimdə olan mayor Malikovu tanımışdılar.



Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ