“BANU VƏ BABASI” HEKAYƏLƏR SİLSİLƏSİNDƏN
Akif
ABBASOV
(hekayə)
Banu artıq iki yaş
yarımlığında idi. Yenə həyətdə babasının yanındaydı. Sakitcə dayanıb oynayan,
qaçan uşaqlara baxırdı. Anası saçlarını darayıb, bant bağlamış, ən qəşəng yay
paltarı geyindirmişdi. Lap gülə, çiçəyə oxşayırdı Banu. Hələ uşaqlara
qarışmırdı. Oynamaq üçün özünə tay axtarırdı. Hər uşaqla oynamaq olmurdu.
Hərəsinin bir xasiyyəti vardı.
Birdən ağlamaq
səsi gəldi. Banu baxdı. Ülkər idi. Əli ilə qışqıra-qışqıra qaçan Cavidi
göstərirdi. Məlum oldu ki, Cavid onun şarını əlindən alıb. Ülkərin qardaşı Zaur
şarı almaq üçün oğlanın dalınca qaçdı. Zaur ona çatmağa az qalmış Cavid macal tapıb şarı əlindəki məftillə
partlatdı. Bunu görən Ülkər daha bərkdən ağlamağa başladı.
Banu babasına
baxdı:
-Ülkərin şarı
partladı. O ağlayır.
Babası:
-İndi Ülkərin
qardaşı gedib ona şar alacaq, - dedi, -o
da daha ağlamayacaq.
Banu mənalı-mənalı
babasına baxdı:
-Onun qardaşının
pulu var?
Ülkər ağlamaqda
davam edirdi. Banu babasının cavabını gözləmədən Ülkərə sarı qaçdı. Əlindəki
şarı ona uzatdı. Ülkər səsini kəsdi. Banuya baxmağa başladı.
Banu:
-Al, sənə verirəm.
Babam mənə şar alar. Biz dost olarıq.
Ülkərin tərəddüdlə
baxdığını görüb:
-Qorxma, babamın
pulu var, alar. Bundan sonra bir yerdə oynayarıq.
Ülkər əlini uzatdı, Banu
şarını ona verdi. Həmin gündən onlar rəfiqə oldular.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ