
Bir gün axşam yuxuda Laçından keçib Şuşaya –Qarabağ
torpağında keçirilən Novruz bayramına həsr edilmmiş bayram konsertinə getdiyimi
gördüm. Konsert öncəsi dostlarımızla Pənah xanın yurduna qalxdıq.
Qadınların təndirə yapdığı çörəklərin ətrini
duya-duya, ağsaqqalların cavanlara necə öyüd verdiyini eşidə-eşidə yolumuza
davam etmək istəsək də, isti təndir çörəyinin ətri bizi dayandırdı. Qadınlarla
salamlaşdıq. Belə mehriba, xoşxasiyyət analarla ünsiyyət bizi inanılmaz dərəcədə
şad etdi. Belə də olmalı idi. Çünki Azərbaycan qadını ən gözəl qadındır. Təəssüf
ki, biz getməli idik. Qarşıda bizi çox yerlər gözləyirdi.Amma bizi
buraxmadılar. Onların əlindən bir çay içmək nəsibimiz oldu. Yaşıl bağçada çay
süfrəsi açıldı. Hələ bağlarında meyvələr o qədər bol idi ki, ağacların
budaqları ağırlıqdan aşağı sallanmışdı.
Sonra biz məşhur Qarabağ atlarını gördük. ELə gözəl yerləri var idi, elə bil yerimir
süzürdü.
Hərbçilərimiz orada əsgər marşını səsləndirə -səsləndirə
addımlayırdılar.
Yeni universitet, çoxlu uşaq bağçaları və məktəblər
açılmışdır.
Biz bağçaların yanından keçəndə xoşbəxt körpələrin
gülüşləri ürəyimizi sevindirdi.
Respublika
bilik yarışlarında Qarabağ məktəbliləri uğurlu nəticələr qazanmışdı. Yolları
abadlaşmış Şuşada yeni çoxmərtəbəli binalar tikilmiş, körpülər salınmışdır.
Şairlərimizin ev muzeyləri, tarix muzeyləri və çoxlu memarlıq abidələri şəhərin
gözəlliyinə daha da gözəllik qatırdı.
Yeni ədəbi məclislər təşkil edilmiş və şairlər Natəvan
xanımın uğurlu işini həvəslə davam etdirilirdi. Şəhərdə redaksiyalar fəaliyyətə
başlamış, “Qarabağın səsi” adlı gündəlik qəzet
nəşr etdirilirdi. Mən və dostlarım yaradıcı şair olduğumuzdan qəzetin
redaksiyasında qonaq olduq. Baş redaktor universitetdən tələbə yoldaşım Lalə Məhərrəmova
idi. Gördüklərimiz haqda hərə öz təəəsüratını qeyd etdiyindən ümumi bir məqalə
halında nəşr etməyə Lalə xanımın fikrini bəyəndik.
Bakının gözəlliyini ötüb keçmişdi. Dağlar qoynunda,
yaşıllıq içində şəhər elə bil cənnəti xatırladırdı.Qarabağda ilahinin yaratdığı
gözəlliklə yanaşı insan övladının da əməyi tam bir vəhdət təşkil edirdi, gözəlliyi
tamamlayırdı. Qarabağın incə naxışlarla toxunan xalçaları da göz oxşayırdı.Bir
sözlə Qarabağda həyat çağlayıb gedirdi.
Konsert öncəsi demək olar ki, bütün Qarabağı gəzdik.
Nəhayət Qarabağ Atçılıq Mərkəzinə gəldik. Atları sadəcə kənardan seyr etməklə
dayana bilməyib içəri keçdik. İcazə alıb hərəmiz birini mindik.
Mən atımı meydançadan çıxarıb çəmənilyə tərəf
sürdüm.Fikrimdə tək bir şeyi görmək var idi. Tarixçi araşdırmaçıların söylədiyi
rəvayətin baş verdiyi yeri və bəhs etdiyi mənzərəni görmək. Rəvayət belə idi.
İllər öncəsində bu çəmənliyin sonunda bir ürək şəklində
daş varmış. Bu daş ürəyi bir sənətkar sevgilisi üçün hədiyyə olaraq yaratmışdı.
Sənətkar bir qıza həddən artıq sevdiyini sübut etmək qərarına gəlir. Qız
inanmadığı üçün daşı oyub sevgi nişanı düzəldir və işi başa çatdıranda qayadan
bir parça qopub sənətkarın ölümünə səbəb olur . Bu daş ürəkdən ilk eşq fədaisinin
qanı axır və bunu görmək hamıya qismət olmur.
Atımı xeyli sürdüm. Nəhayət həmin daşı tapdım.
Atdan enib daşa tərəf gəldim.Əlimi uzadıb ona toxunmaq istədikdə birdən sanki
ürək dilləndi.
-
Toxunma
xahiş edirəm.
Heyrətdən yerimdəcə donub qaldım. Əlimi qaldırmağa
belə özümdə cəsarət tapa bilmədim. Sonra düşündüm bu daşın nəisə özünəməxsus
sirri var. Ağ rəngli bu daşın üstündə qurumuş qan izləri qalmışdı. Yaxına gəldikdə
daşdan isti qan axmağa başladı. İçindən axan al qaın gördükdə çox şeyi anladım.
Getdikcə qan daşın hər tərəfindən süzülməyə başladı. Bir müddət sonra ürəkdə
cığırlar yarandı. Qanın açdığı cığırlar o qədər dərin oldu ki, o möhtəşəm sənət
əsərini həsrətdən parçalanmış aşiq qəlbinə çevirdi.
Ürək getdikcə
güclənən qan selinə tab gətirməyib yıxıldı. Arxadan atılan düşmən oxları
onu dəlik-deşik etmişdi. Onun necə
çırpına-çırpına can verdiyinin şahidi oldum. Axan qan seli ona qovuşan bütün
damarları öz gücü sayəsində qırdı.
Ata mindim. Qan getdikcə daha da sürətlə axmağa
başladı. Torpağın üzərinə yaşıl çəmənlərə lalələr kimi çilənə-çilənə Xocalıya
doğru yol aldı. Sonra qan bütün Qarabağa yayıldı.
Üstümə gələn qan dənizində boğulmamaq üçün atımı
sürətlə sürdüm.
İllərlə qurulub düzələn şəhər bir anın içində qan
içində boğulmağa başladı. Mən geri çəkildikcə qan da zəifləyirdi. Sonra bir
anın içində yolların bağlandığını və qarşımda hündür , keçilməz qala divarının
yarandığını gördüm. ELə hündür oldu ki, içərini görmək mümkünsüzləşdi.
Kiçik bir arxdan qan mənə tərəf axmağa başladı. Hər
tərəfimi bürüyən qan içində
boğula-boğula yuxudan oyandım. Yuxunun mənasını anladım.
Sənətkar - Azərbaycan , “Daş ürək” –Qarabağ idi.
Qarabağda bu gün Narkoman erməni qızının utanmadan
xalq mahnımızı oxuduğunu gördüm və çox sarsıldım. Dilim susdu, qəlbim danışdı:
Əzizim Sarı gəlin,
Siz haqqa sarı gəlin,
Erməni nə anlayır,
Qarabağ, Sarı gəlin!
Yazdığım bu misralarla onlara bir daha anlatmağa
çalışıram ki, oğurluq etmək onlara yaraşar. Axı onlar insan deyil.
Onlar axı qaradır
Üzü, qəlbi qaradır.
Sarı gəlin oxuyur
Deyir sarı qaradır!
Aradan illər keçdi. Yenə həmin yuxunu gördüm. Bu dəfə
də daş ürək qan axıtdı.amma bu qan ayrılıq deyil, qovuşuq qanı oldu.
26.02.2013
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ