Emil RASİMOĞLU- Atıb bəndəliyin daşını bir gün.

Bu yazıya counter dəfə baxılıb



Atıb bəndəliyin daşını bir gün,
Alçala-alçala gedəm Tanrıya.
Sərhədsiz göylərin sığınacağında,
Yerlərdən şikayət edəm Tanrıya.

Qənim kəsilibdi yerə şər axı,
Dözürəm, bəlkə son yetişər axır.
“Üzüm də gəlməyir” nə qədər axı,
Gündə gileylənər adam Tanrıya.

Əllərim dizimdə, dizim yolunda,
Tapdım ürəyimə dözüm yolunda.
Eşqi sinəmdədi izim yolunda,
Demirəm özgəyəm, yadam Tanrıya.
                            


…Alnım sevir dizimi
Üstünə su çilənmiş,
Ocaq bildim özümü.
Ya üfürüb odlayın,
Ya söndürün közümü.
Ruhu qanadlı eşqə,
Ağuşu odlu eşq
ə,
Düşüb d
ərd adlı eşqə,
Alnım sevir dizimi.
Günümə bax, bir hələ,
Ələyir xəlbir hələ,
Zaman
əridir hələ,
Ömür adlı buzumu.
Qəlbin yükü gözümdən,
Düşmür iki gözümd
ən.
Yaş çıxmır ki, gözümd
ən,
Q
əm çıxarır gözümü.
Köksü dərdə cığıram,
T
ənha Eşqə sığıram,
Daha
əllə yumuram,
Nisgil yuyur üzümü.
Boğuluram quyunda,
Çağır g
əlim çiyində,
Tanrım, apar göyünd
ə,
B
əlkə tapam dözümü.

Çıx get ruhum...

Torpaqdan bir-bir yoğrulur,
Kündə buluddan aşağı.
Neçə kündə ruhla bişir,
Gündə buluddan aşağı.

Didərginəm, qovulmuşam,
Gəlib dərdə yol olmuşam.
Mələk idim, qul olmuşam,
Mən də, buluddan aşağı.

Milyon ildi söküb-tikib.
Hərə sonda bir “daş əkib”.
Haqdan “Tanrı yolu”çəkib,
Din də, buluddan aşağı.

Dartınır insan yuxarı,
Çün çəkinir can yuxarı.
Allah buluddan yuxarı,
Bəndə buluddan aşağı.

Nalə, fəryad, ölüm, qarğış,
Xeyrə doğru şərlə çarpış.
Yer neyləsin tufan, yağış,
Çən də, buluddan aşağı.

Çıx get ruhum “qənim” kimi,
Əzabdasan tənim kimi.
Nə durmusan mənim kimi?!
Sən də, buluddan aşağı.



Dünən dünyaya gələn...

Dünən dünyaya gələn,
Bəyaq bezib dünyadan.
Yatır fikri dağılsın,
Oyaq bezib dünyadan.

Alnım bitib dizimdə,
Gözüm yatım dizimdə.
Dözüm itib dizimdə,
Ayaq bezib dünyadan.

Ürək odda, təşnədə,
Fikir dağnıq, qəlb zədə.
Nəinki biz, bəlkə də,
“Dayaq” bezib dünyadan.
                                           


Ömür axır…
Allah sevib ruhum üstə,
Göndəribdi bəndə məni.
Sıfırına doğru çəkir,
Həyat gündə, gündə məni.
Vaxtla bürünə-bürünə,
Ömür axır su yerinə,
Tanrı dünya təndirinə,
Eyləyibdi kündə məni.
Qucağımda uyanlarım,
Nəfəsimlə doyanlarım,
Çiynimə baş qoyanlarım,
Aparar çiyində məni.

Gözlərim qəlbimin danışan dili…

Gözlərim qəlbimin danışan dili,
Qəlbimsə Tanrının söz qəfəsidi.
Əsiri olduğum bəzəkli dünya,
Məni yaradanın öz qəfəsidi.

Gəlişi, gedişi sirr gizli ruhun,
Ölüm payı varmış hər gizli ruhun.
Dərgah hər bədəndə bir gizli ruhun,
Məzarsa bədənin “buz qəfəsi”di.

Ölümə əlac yox, dərdəsə ancaq,
Tapılsa tapılar “Bir”dəsə ancaq.
Göydə buludlarda, yerdəsə ancaq,
Kədərin yuvası “göz qəfəsi”di.


Bu həyat savaş olub...

Qanad yox, yerdən qopub,
Uçam Tanrıya sarı.
Əlac qaldı əlimi,
açam Tanrıya sarı.

Bu həyat savaş olub,
Dərdi başa “daş” olub.
Ölüm gələ qoşulub,
qaçam Tanrıya sarı.

Neynəm, vaxt ötkəm gedir,
Nə ruh, nə də, qəm gedir.
Yatmaram bilsəm gedir,
Gecəm Tanrıya sarı.

                                     
Dünya Gənc Türk Yazarlar Birliyi İdarə  Heyətinin üzvü



Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ