Hazırda insanların ən böyük problemi sevgisizlik və anlayışsızlıqdır. Kin və Nifrət hakim kəsildiyi cəmiyyətlərdə diktator hakimiyyətin devrilməsi və yerinə b aşqa bir sevgisiz hakimiyyətin qurulması əsaslı sosial dəyişiklik yaratmır. Bir sevgi müəllimi ölkə insanlarını sevgiyə, Sülhə, qardaşlığa və Birliyə çağırmasa , belə hadisələrlə qarşılaşan xalqlar heç cür xoşbəxt ola bilmirlər.
Bu cəmiyyətlərə Liviya dövlətini nümunə göstərə bilərik. 2010-cu ildə Ərəb Baharı adı altında başlayan çevrilişlərdə Qəddafinin zülm sistemi 8 aylıq vətəndaş müharibəsi ilə aşdı. Bununla Liviya yeni dövrə qədəm qoydu.
Ancaq Qəddafisiz başlayan bu dövr arzulanan demokratiyanı, azadlığı və insan hüquqlarını yenə təmin edə bilmədi. Liviya xalqı bir zalım sistemdən xilas olub digərinin Əsir oldu. Hazırda ölkədə acgöz şəkildə qazanc mübarizəsi gedir. Dövləti İDARƏ EDƏN QÜVVƏLƏR bir-birinə nifrət nəticəsində demokratiyadan bəhs etmək müşkül məsələ. Terror aksiyaları, sıravi vətəndaşları və polis əməkdaşları arasındakı toqquşmalar, adam qaçırtrma hadisələri, neft ərazilərinin işğalı, qorxu içində yaşayan əhali ölkənin parçalanmaq təhlükəsi altında olduğunu aydın şəkildə göstərir.
Bəs Liviya necə bu vəziyyətə düşdü?
Qəddafi dövrü
Aralıq dənizinin cənub sahillərində yerləşən və zəngin neft yataqlarına sahib olan Liviya 1951-ci ildə müstəqilliyini elan etsə də , 1969-cu ildə Qəddafinin çevrilişlə hakimiyyəti ələ keçirdiyinə şahid olduq. Qəddafi Liviyadakı qəbilələrdə "xalq" şüuru formalaşdırmaq və onları birləşdirərək idarə etmək üçün Cəmahiriyə (xalqın hakimiyyəti) adlı bir sistem yaratdı. Öz fikir l ərini "Yaşıl kitab" adlı 3 cildlik kitabında yığdı. O iddia edirdi ki, kommunizm və kapitalizm dən ilhamlanan bu sistem ölkəyə əsl demokratiya anlayışını gətirdi. əsli də isə ərəb millətçiliyi ilə kommunizm in Qəddafiyə məxsus izahı sintezlə nir di. Maonun "Qırmızı kitabı" nın Qəddafidə dərin izləri buraxdığı aydın şəkildə sezilirdi. Liviya xalqı uzun illər Qəddafinin hakimiyyəti altında yaşamağa məcbur edildi.
6 milyonluq ölkə əhalisinin 85 faizini qəbilələr təşkil edir. Əslində Liviya əhalisi 140 müxtəlif qəbilədən ibarətdir. Qədim dövrlərdə Liviya torpaqları Sirenayka, Trablusqarp və Fizan adlandırılan 3 əsas bölgədə ibarət olmuşdur. Böyük hissəsi səhralardan ibarət olan ölkənin şərqində mərkəzi Benqazi olan Sirenayka, cənub-qərbində mərkəzi Tripoli olan Trablusqarp, şimal-qərbində isə mərkəzi Səbha olan Fizan yerləşir. Bu 3 bölgə Liviyanın əsas güc qaynağıdır.
Qəddafidən sonra
Qəbilələr, əşirətlər və Bölgələr arasındakı çəkişmələr Qəddafinin 42 illik diktator rejimi ilə nəzarətdə saxlanılırdı. Yəni Şiddət şiddətlə susdurulmuşdu. Qəddafi hakimiyyəti devrilən kimi bu çəkişmələr yenidən baş qaldırdı.
Ölkənin ən böyük problemlərindən biri də Tripoli və Benqazi arasında Liviya neftinin paylanmasıdır. Əsas neft yataqlar mərkəzi Benqazi olan Sirenayka bölgəsində yerləşir. Paytaxt Tripolidən təxminən 1000 km Şərqdə yerləşən neft yataqlarını ələ keçirən milis qüvvələri gözünü bu yataqlara da dikib. Problemi həll edə bilməyən Liviya hökuməti isə tək hədələməklə kifayətlənə bilir. Liviyada neft istehsalı sahəsində mövcud məhsuldarlığın tək 10 faizi yerinə yetirilir. Gəlir azalması qida və digər ehtiyacların idxalında müəyyən çətinliklər yaradır.
Federalizm Mübahisələr və tələblər ölkədə sabitliyin olmamasının ilkin səbəblərindəndir.
Parçalanma əhalini daha böyük əziyyətlərə sürükləyəcək.
Şərqi və Qərbi Liviya arasında vətəndaş müharibəsi təhlükəsi var
2011-ci ildə vətəndaş müharibəsi başladığı dövrdə indiyə qədər irili-xırdalı təxminən 1700 milis qrupu yaradıldığı güman edilir. Liviya küçələrində qorxu və qeyri-sabitliyin hökm sürməsi də məhz bundan qaynaqlanır. Liviya hökuməti onların bütün silah-sursatını əllərindən alıb nəzarət altında saxlamağa çalışsa da buna nail ola bilməmişdir. Milis qüvvələri özbaşınalıq edərək qanunvericilik, icra və məhkəmə orqanlarını ələ keçirmişlər. Liviya hökuməti milis qüvvələri qarşısında aciz vəziyyətə düşmüş və onların muxtariyyətini tanımağa məcbur olmuşdur. Ölkədə Liviyanın baş naziri Əli Zeydan 2013-cü ilin oktyabrında qaçırılması da daxil olmaqla, adam qacirtma halları, sui-qəsdlər, bombalamaları, intiqam aksiyaları və bir çox qanunsuzluqlara yol verilir. Əvvəldə də qeyd etdiyim kimi, sevgi siyasəti yürüdülməyən yerdə mübahisələr qarşılıqlı anlaşılmazlıq nəticəsində münaqişə, qarşıdurma, kin və nifrətə çevrilir.
Əlbəttə, Liviyanın bu günki vəziyyətində bəzi qərb dövlətlərinin öz mənfəətlərinə uyğun yeni Liviya yaratmaq planlarının çox böyük təsiri var. Bir daha vəhşi kapitalizmin, müstəmləkəçiliyin insanın xoşbəxtliyini, rifahını deyil, öz mənfəətlərini güddüyünə şahid oluruq.
Liviyanın tək xilas yolu
Hazırda Liviyada böyük xaos hökm sürür. Bəzi politoloqlar Liviyanın bu vəziyyətdə xilas olub yenidən güclənməsi üçün "möcüzəyə" ehtiyac olduğunu vurğulayırlar. Sahib olduğu zəngin neft və təbii qaz ehtiyatları ilə Bölgə ən zəngin ölkələrindən biri olan Liviyanın mövcud vəziyyəti, həqiqətən də, düşündürücüdür.
Əhalisinin 97 faizini müsəlmanlar təşkil edən Liviya üçün tək xilas yolu AB-ə bənzəyən və AB standartlarını qəbul etmiş "İslam ölkələri Birliyi" dir. Bu birlik beynəlxalq insan hüquqlarını və AİHM qanunlarını həyata keçirmiş, sevgi və qardaşlığı əsas meyar kimi qəbul etmiş dövlətlərin birləşməsi ilə qurulacaq. Bu, müxtəlif etnik qrupların və Etiqadlar zənginlik kimi qəbul ediləcək, İslam sözünün hərfi mənası olan sülhün həyatın bütün sahələrində tətbiq olunacağı, incəsənət, estetika, keyfiyyət yüksək qiymətləndiriləcəyi bir birlik olacaq.
Belə bir birliyin yaradılması Qərbin də mənfəətlərinə tamamilə uyğundur. Liviyada baş verən hadisələrdə bəzi qərb diplomatları və sərmayəçilər də zərər çəkmişdir və hələ də çəkir. Qeyri-sabit vəziyyət təkcə Liviyanı deyil, bütün xalqları çətin vəziyyətə salır. Bu da öz növbəsində ticarətə, turizmə, sosial və mədəni həyata mənfi təsir göstərir. Qərblə müsəlmanlar arasındakı fikir, dünyagörüşü və etiqad uygunsuzluğu ticarətdən qonşuluğa qədər bütün sahələrdə bir hakimin, yatışdırıcının və sevgi MÜƏLLİMİM vasitəçiliyinə ehtiyac olduğunu bir daha sübut edir . Bu sevgi siyasəti isə problemlərini öz aralarında sülhlə həll edəcək İslam ölkələri birliyində ortaya çıxacaq.
Adnan Oktarın News Rescue'da yayımlanan yazısı:
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ