Osmanlı Düşmənçiliyi

Bu yazıya counter dəfə baxılıb

Osmanlı dövlətinin  Türk dövləti olması inkar edilə bilməz həqiqətdir. Bu gerçəyi bütün dünya qəbul etdiyi halda, Osmanlı dövlətinin varisi sayılan bugün ki Türkiyədə özlərini “Türkçü, milliyətçi” adlandıran bəzi dırnaq arası kəslər nədənsə bunu inkar edirlər. Osmanlının Türk olmadığnı iddia edir və hətta daha da irəli gedərək Osmanlını “Türk düşmanı” elan edirlər. Bu məsələyə digər yazımda toxunacağım uçun bu mövzuya çox girmək istəmirəm.
Avropanın, Amerikanın, Rusyanın Osmanlı dövlətinə nifrət bəsləmələri normaldır ancaq, bəzi üzdən iraq və hələ üstəlik özlərini “Türk milliyətçisi adlandıran kimsələrin Osmanlıya düşmənçilik etmələri heç də başa düşülən bir şey deyil.
            Təəssüflər olsun ki, bu düşmənçilik  artıq Azərbaycan “milliyətçilərinə” də sirayət  edib. Ötən dəfəki “Yeni Milliyətçilər” yazımda özlərinə “milliyətçi” adlandırıb, Türkiyəni az qala düşmən qəbul edənlər haqqında  bəhs  etmişdim. Bu işin üzərine biraz daha getdim. Diqqətimi  çəkən ilk şey bu nifrətin köklərinin Türkiyədən  deyil, məhz  Osmanlıdan başladığıdır. Bu iş o qədər dərinləşib ki, adamlar Osmanlını  adını belə eşitməyə həzm edə bilmirlər. Hətta bəziləri 1918-ci ildə Azərbayacana kömək üçün gələn  Osmanlı ordusu haqqında “yox onlara Osmanlı ordusu deməyin. Onlar Osmanlı ordusu deyil, Qafqaz Islam Ordusuydu” deyirlər. Mən  anlamıram Qafqaz Islam Ordusu kimin  ordusuydu??? Ordunun  zabit və  əsgərləri  hansı  dövlətin  əsgərləriydi???
            Bu tip “milliyətçilərin” bəziləri də, Osmanlıya düşmənçiliyi Səfəvi-Osmanlı müharibəsinə görə  dəyərləndirirlər. Ancaq bir şeyi anlamırlar ki,  Səfəvi-Osmanlı müharibəsi bir irq, bir millət müharibəsi və ya bəzilərinin zənn etdiyi kimi torpaq müharibəsi deyildi. Səfəvi-Osmanlı müharibəsi  bir ideologiya müharibəsiydi. Doğru və ya yalnış bu müharibə oldu və bitdi. Bizim birlik və bərabərliyə ehtiyac duyduğumuz vaxtda bu hadisəni  şişirdib önə çıxartmaq nə dərəcə doğrudur?!
            Əksəriyyət isə elə düşünür ki, Osmanlı Türkiyəyə aitdir. Azərbaycanla  heç bir əlaqəsi yoxdur. Bunun da səbəbi odur ki,  bəzi kəslər  tarixi hadisələrə, tarixdə baş verənlərə bugünün  baxışıyla baxıb bugün ki şəraitdə dəyərləndirirlər. Bu isə çox  yalnış düşüncədi. O zaman ki Azərbaycan dövlətlərini (Qaraqoyunlu, Agqoyunlu, Səfəvi) dövlətlərini quranlar kimi, Səlcuqlu və Osmanlı  dövlətini də quranlar  Oğuz  Türkləri deyildimi???
Ancaq təəssüflər olsun ki, o kəslər bunları düşünmür. Bir şeyi anlamaq lazımdır ki, əgər biz Türk birliyi istəyiriksə, Türk tarixinə kəsik-kəsik, parça-parça deyil, bir bütün olaraq baxmağı  öyrənməliyik. Qəbul etsəniz də, etməsəniz də Osmanlı dövləti, Türk tarixinin ən böyük dövlətlərindən biridi . Bu gerçəyi heç kim və heç nə dəyişə  bilməz!!!


                                                                                              Sənan Türk Kazımoğlu
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ