Azərbaycan
türkləri, axısqa türkləri, Makedoniya türkləri, Qərbi Frakiya türkləri,
Yakutiya türkləri, qaqauzlar, xəzərlər və başqaları... Müxtəlif türk xalqları
müxtəlif dövlətlərin tərkibində uzun illərdir bir-birlərindən ayrı yaşayırlar.
Əlbəttə,
ayrı olmağımızın bir səbəbi var. Bu səbəblərin bir qismi ciddi hadisələrə
əsaslanır. Bu səbəblər üzərində hərtərəfli təhlillər və müzakirələr aparmaq
olar. Ancaq bu səbəblər nə olur-olsun, birləşməyimizi vacib edən səbəblərin
yanında əhəmiyyətsizdirlər. Yəni artıq bizi ayrı saxlayan səbəbləri bir tərəfə
qoyub birləşməyimizin vaxtıdır.
Bu
baxımdan böyük öndər Atatürkün Türkiyə Respublikasının qurulmasının 10-cu
ildönümündə türklərin nə üçün və necə birləşəcəyinə işarə etdiyi tarixi nitqinə
yer vermək istəyirəm. Mustafa Kamal Atatürk həmin nitqində belə demişdir:
“Bu gün
SSRİ dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var.
Lakin yaxında nə olacağını heç kim bilmir. Eynilə Osmanlı kimi, eynilə
Avstriya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində sıx saxladığı millətlər
ovcundan çıxa bilər. Dünya yeni mizana girə bilər. Məhz o zaman Türkiyə nə
edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, kökü
bir qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq sadəcə
susub həmin günü gözləmək deyil. Hazırlaşmaq lazımdır. Millətlər buna necə
hazırlaşar? Mənəvi körpüləri möhkəmləndirərək. Dil bir körpüdür, tarix bir
körpüdür, inanc bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələrin böldüyü
tariximizdə bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Biz
onlara yaxınlaşmalıyıq.” (mənbə- bu nitqin konkret mənbəyi yoxdur. Ancaq bir
çox kitabda, akademik əsərdə, nazirlik saytında və s. istifadə olunub)
Göründüyü kimi, Atatürk SSRİ-nin dağılacağını
təqribən 50 il əvvəldən Allah`ın izni ilə bildirmiş və birliyin dağılmasından
sonra müsəlman-türk qardaşlarımızla birləşməyin yollarını göstərmişdir. Atatürk
bütünləşmək üçün, yəni müsəlman türklərin birləşməsi üçün dilin, tarixin,
inancın körpü rolunu oynadığını demişdir.
Həqiqətən
də elədir. Ortaq inanca, dilə, tarixə və mədəniyyətə malik türklərin
birləşməməsi üçün heç bir səbəb yoxdur. Eyni spor klubunu sevən insanların belə
illərlə bir-birinə dəstək olmasına, bir növ qardaş kimi yaşamalarına səbəb olan
birlik anlayışı necə olur ki türklərə aid olmasın?
Avropa
Birliyini götürək. Birliyi təşkil edən ölkələrdən bir çoxunun ortaq tarixi,
dili və mədəniyyəti yoxdur, ancaq bu ölkələr iqtisadi, siyasi və hərbi cəhətdən
eyni birlikdə toplaşıblar. Bu isə onların dünyada baş verən hadisələrdə
müdaxilə edə bilməsinə yol açır. Ancaq hər sahədə ortaq keçmişə malik olan
türklər bir-birlərindən ayrı yaşadıqlarına görə gücsüzdürlər.
Yer
üzündə yaşayan türklərin bir millət kimi hərəkət etməyə başladığını düşünək.
Müxtəlif türk dövlətlərinin müstəqilliklərini qoruyaraq bütün qüvvələrini
türklərin və digər millətlərin birliyi və mənfəəti üçün birləşdirdiklərini...
Ortaya çıxan böyük qüvvəni təxmin etməmək mümkün deyil.
Bu gün
birlik olmadığımıza görə başqa dövlətlər tərəfindən istifadə edilən
resurslarımız birləşəcəyimiz təqdirdə türklər tərəfindən istifadə olunmağa
başlayacaq. Yeni super qüvvə müsəlman türklərin birliyini formalaşacaq.
Burada
vurğulayaq ki, bu qüvvə sadəcə türklərin deyil, bütün dünyanın mənfəətinə
xidmət edəcək. Çünki bu qüvvənin təməli bütün bəşəriyyəti qucaqlamağı hədəfə
alan böyük sivilizasiya anlayışı üzərində qurulacaq. Bu sivilizasiyanın nə
demək olduğunu və yer üzündə din, dil və irq ayrı-seçkiliyi etmədən hansı
müsbət irəliləyişlərə səbəb olduğunu keçmişdə qurulan 16 türk dövlətinin tarixi
təhlil etdikdə görürük. Müsəlman türklərin birliyi Kitab əhlinin və hətta
Allah`a iman gətirməyən və ya eyni dinə mənsub olmayan insanların da
əmin-amanlığı üçün əsas həll yoludur.
Bildiyimiz
kimi, müsəlman türk əxlaqı sevgiyə, qardaşlığa, tolerantlığa, qonaqpərvərliyə,
ədalətə, bərabərliyə əsaslanır. Musiqimiz, rəqslərimiz, ədəbiyyatımız, memarlıq
əsərlərimiz çox zəngin mədəniyyət əmələ gətirir. Mədəniyyətimizin özünəməxsus
xüsusiyyətlərə malik zəngin tərkibi insanların diqqətini cəlb edir. Odur ki,
dinsiz cərəyanların və xurafatçılığın pəncəsində qalmış dünyanın düşdüyü
bədbin, keyfiyyətsiz, müharibə və sevgisizliklə dolu mühitin, türklərin başına
gələn sıxıntıların həlli müsəlman türk əxlaqında və mədəniyyətindədir.
Elə isə
daha çox gözləməyin faydası yoxdur. Əksinə, zərəri var.Yer üzündəki
qarışıqlıqların işarə etdiyi və vicdanlarımızın illərdir bizə pıçıldadığı həll
yolu artıq tətbiq olunmalıdır. Müsəlman türklərin birləşərək müxtəlif dilə,
irqə, dinə mənsub bütün insanlara sülh və mədəniyyət gətirmək vaxtıdır.
Buradan
müraciət edirəm: bizi ayrı salan bütün səbəbləri bir kənara qoyub Türk
birliyini dərhal qurmalıyıq. İnancında və ideallarında səmimi olan hər kəs Türk
birliyi üçün var gücü ilə çalışmağa başlamalıdır. Dəyərlərimizə həqiqətən
inanan və bunlara sahib çıxan hər kəs qüvvələrimizi birləşdirməyə dəstək
olmalı, cəhd etməlidir. Bu mübarək yolda ilk əvvəl Azərbaycanla Türkiyənin
birləşərək öncü olmalarını canı-dildən istəyir və azərbaycanlı qardaşlarıma
salam göndərirəm.
Adnan
Oktar
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ