Gülnar Səma - Sevgilim

Bu yazıya counter dəfə baxılıb












Siləcəm o sənli xatirələri,
Sən daha mənimçün yoxsan, sevgilim.
Bu eşqin gözünü kor qoyacağam, 
Bir daha qarşıma çıxsan, sevgilim.

İçimdə qalacaq sevgi fəryadım, 
Tənha səmalarda sındı qanadım.
Səni çətinlikdə bir də sınadım, 
Yaramı göynədən oxsan, sevgilim.

Mənə sənsizlikdən təsəlli yetər,
Ən ülvi sevgi də vaxt gələr bitər.
Əlbəttə, tanrı da böyük zülm edər,
Özün öz evini yıxsan, sevgilim...

31.08.2008.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ