Aynur Ələsgərova - Çarəsizlik.....

Bu yazıya counter dəfə baxılıb



Asan yaşamaq deyilən anlayış yoxdu yaxşı, bunu çoxdan qəbul eləmişəm mən də ....
Çətin həyatı da insan özü çətinləşdirir .Deyək ki bununla da razılaşdım . Seçim insanındı , necə yaşamağı , nəyi  əldə etməyi özündən aslıdır. Bəli , bu və bunun kimi  cümlələrlə hamımız rastıaşmışıq , belə baxanda deyilən hər iki fikirdə həqiqiət var . Seçimin öz əlində olması , həyatını necə qurmaq , onu asan və çətin formada qərarlaşdırmaq , təyin etmək vəs sənə bağlıdı.  Sadəcə əsas olan düzgün addım atıb  ,  doğru bildiyinin arxasınca getməkdi .
    Deyirlər ki  ,insan istəsə hər şey əldə edə bilər. Amma  bəzən istədiyimizlə imkanlarımız üst-üstə düşmür. Bir şeyi çox istəyirsən arzulayırsan , ona yetməkçün düşünürsən amma yalnızca bu yox həm də çalışırsan , çox çalışırsan... nəticədə gözlədiyini almayınca bax əsl hadisə ondan sonra başlayır.
Bax ondan sonra fikirləşirsən ki görəsən səni  işləməyə, çalışmağa, əzmkarlığa “ səsləyən” o kəslər bu vəziyyəti necə,nəzərə alıblarmı ?!... Axı hər insan istənilən uğursuzluqdan heç nə olmamış kimi çıxacaq qədər  güclü deyil.   Gözlədiyini almayınca nəinki həyatın çətin ya da asan olması , ümumiyyətlə yaşayıb daha doğrusu artıq “ necə” yaşadığını bilmir insan . O ümid də öləndən sonra başlayır çarəsizlik ....
    Çıxış yolu , xilas olmaq, xilaskar axtarırsan . ...  Elə xilas ya da xilaskar ki sənə indən sonra yaşamalı olduğunun vacibliyini göstərsin , səni inandırmağı bacarsın , sayəsində qayıda biləsən normal həyata.
     O Xilaskarı çox da uzaqda axtarmamalısan , məncə.  ƏGər Səni istəyənlər  – sevdiklərin dostların ən əsası ailən varsa , bir başa onların sayəsində , dəstəyiylə ayağa qalxmağı yoxlamalısan . Bu işdə əlbəttə ailənin də yükü az deyil . Düzdü ilk başda çətinlik olacaq , “ nazıyla oynamaq “ lazım gələcək amma o sevgi i istək sonda bütün çətinliyə qalib gəlib , bunun bəxş etmiş olduğu sevinc , ilk başdakı cəkilən əziyyəti üstələyəcək , bəhrəsini vermiş olacaq .  Dostların köməyinə də sığınmalısan , onlarla məsləhətləşib  dediklərini yerinə yetirməklıə də xilas ola bilərsən . Ailə Dostlar, Sevdiklərin barədə yazılanları , artırmaq olar yəni əslində fikirləşsən taparsan xilas olmağın yolunu...
Hə... indi qayıdacam əvvəldə yazılan fikirə . Çıxış yolunu tapa bilərsən  düzdü  ,əgər İSTƏSƏN
Bəli məhz istəsən..... 
 Yadındadı , deyilmişdi hər sey öz əlindədi , seçim sənindi , istəsən bacararsan deyə .. Çıxılmaz vəziyyətdəsən , hamı yaşaya bilər , Sevfiklərin yanında sənə yardımçı olurlar və bütün bunlara rəğmən sən yenədə düzəlməyin barədə düşünmürsənsə , onda ,  günahkar özünsən və öz həyatını məhv eləməyə sən çoxdan hazırıymışsan........  Belə olan haıda xilaskar axtarmağın da mənasızdı sənin , sən bu barədə heç fikirləşmirsənsə .
Sən Düzəlməməməkdə isararlısansa onda de , kim sənə neyləyə bilər ki ?!...
Özün yaxşılığa doğru addım atmırsansa , yaşamağa yenidən cəhd etmirsənsə kimdən nə gözləyirsən ?...
Unutma  ! Həyat Sənindi !  Nə qədər yaşayacaqsan bilmirsən , özünü indidən üzməyə çalışma qarşıda sənin nələr gözlədiyindən xəbərsizsən . Gələckdə peşman olmamağın üçün indidən fikirləş!
Sadəcə Fikirləş özün tapacaqsan sənə lazım olan Cavabları !










Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ