İSA SEVƏR - RUH həkimin xəstələri..

Bu yazıya counter dəfə baxılıb
.










Həkim xəstə,
Hakim xəstə,
Diaqnoz xumar,
Hökm məst,
Cəmiyyət layməst...
Xəstəlik də dəbdədir
Hər əsrin öz xəstəliyi,
Xəstəsi !
Artır narkobiznes dəsdəsi,
Köklənir zaman üstə,
Zaman da olub xəstə,
Ayıq ol allah bəndəsi
Tanrıdan bəxt istə,
Vaxt istəmə.
Zaman baxışları rəngləyib,
Başları rəngləyib,
Evləri, küçələri,
Maşınları rəngləyib
Rəng bazarı açıb,
Hamı qəşəng olmaq istəyir,
Dişləri tökülmüş də
Şişək olmaq istəyir.
Istəyinə yetməyən,
Varlı kişiyə getməyən
Dəli olur...
Neyləsin ruh həkim?
Kürəmiz xana-xana,
Ağıllı görünür gendən baxana
Ancaq yaxından baxa bilsən,
Şər dolub gündoğana.
Şər dolub günbatana
Yuxusu qaçıb kürəmizin
Axı,
Ayrı-ayrı dini var hərəmizin,
Məqsədi var hər birimizin.
Kürəmiz xana-xana,
Ağıllı görünür gendən baxana,
Yaxından baxa bilsən
Hər rəngdə bir tələ görərsən,
Bütün rənglərdən bezərsən...
Konfrans-konfrans dadı qaçır
ölkələrin,
xəstələnir badam, püstə,
qadın var ki, bilmir
hansı saatda uzanacaq
hansı qolların üstə...
neyləsin ruh həkim?
Dəlixana bir,
Dəli min bir
Çoxu da dəli deyərlər deyə
Xəstəliyini gizlədir,
Hamı qul ola-ola qulluq axtarır
Neyləsin ruh həkimi?

* * *
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ