Məlum məsələ

Bu yazıya counter dəfə baxılıb

Tale deyilən bir şey var,
Yox deyirdim,amma varmış.
Gözə baxmaz,qaşa baxmaz,
Gözümüzdə yaşa baxmaz.
Hörümçək tor qurub,
Ürəyimin qapısında.
Nə sən çıxırsan çölə,
Nə içəri gələn yoxdu.
Hərdən elə bilirəm ki,
Bu dünyada
Səndən artıq sevilən yoxdu...
Pəncərə-pəncərə
İşıqlar yanır.
Azlır yolları döyən ayaqlar.
Bir mənim gözümdə 
Bir cüt göz yaşı,
Bir də ki,
Bayırda ulaşan itlər oyaqlar...
Biz itirdik,qazanmadıq,
Yuxu gördük,
Suya, aya danışsaq da
Yaxşılığa yozammadıq.
Yolları yumaq tək yığmışam ələ,
Aça-aça yeriyirəm,
Sənə çatmır.
Səndən əvvəlində uşaq olmuşam, 
Bilməmişəm sevgi nədi.
Səndən sonrası da məlum məsələ...

                         
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ