Azərbaycan
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində tanınmış şair Zakir Fəxrinin “Qaranlıqdan
aydınlığa” kitabının təqdimatı olub.
Qeyri-adi formada yazılan kitab Azərbaycandan roman-poema janrının ilk örnəklərinədəndir.
Qeyd edək ki, müəllifin bundan əvvəlki “Rezonans” kitabı da bu janrdadır. Mərkəzdən
Modern.az-a verilən məlumata görə sufi
elementləri, övliyya kəlamları və Quran ayələrindən də istifadə olunan kitab
sadə bir zəhmət insanı barədədir. Masallının kiçik bir kəndində Xalıq kişinin
keçdiyi ömür yolunun timsalında bəşər həqiqətlərinin həm şeir həm də nəsr
vasitəsilə çatdırılması ədəbiyyat üçün yeni bir üslub sayılır. Kitabın redaktoru və ön sözün müəllifi AMEA-nın Nəsimi adına dilçilik İnsitutunun
direktor əvəzi professor Fəxrəddin Veysəlli də bu məqamı önə çəkərək
“Qaranlıqdan aydınlığa” kitabının Azərbaycan ədəbiyyatı üçün yeni bir dönəm
olduğunu qeyd edib. Təqdimatda
tərcüməçi-yazar Saday Budaqlı, şair Tofiq Abdin, İlham Feyzullayev çıxıç edərək
müəllifə təşəkkür və arzularını çatdırıblar. Sufiyanəkitabın sufiyanə formada
təqdim olunmasına toxunan yazıçı Afaq Məsud bu fikrin alicənablığından danışdı.
Elmin
Nuri
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ