Fidan Abbasova- Ən doğru yolumuz elə bu olar

Bu yazıya counter dəfə baxılıb
Ən doğru yolumuz elə bu olar
Ömrün yollarına səpilən gül tək bir gün çiçək açar bir gün də solar bu yolda gərəkdir birlikdə gedək ən doğru yolumuz elə bu olar.
Ayıra bilməsin bizi kimsələr həsrədlə baxsınlar qoy sevgimizə oyanıb düşündüm hər gün hər səhər bu sevgi yazılıb ürəyimizə.
Mən xoşbəxt kəslərin arasındayam yanımda sən varsan milyonlar kimi bilmirəm zirvənin harasındayam bax necə dillənir qəlbimin simi.
Həsrət qonaq olmaz daha bizlərə gəl birgə əll-ələ keçək bu yolu qulaq assaq əgər yalan sözlərə o zaman gələcək sevginin sonu.
Mən sevdim ,sevəcəm ömrüm boyunca sən mənim dünyamın şah əsərisən sarılıb boynuna bir gün doyunca Fidandır , sevgidir və birdəki sən………………………
Sən məni unut
Bəzən yoxluğuna alışsamda mən sanki bir il olur görüşmiyəli tamamən dəyişib üz cizgilərin artıq unutmuşam deməli səni.
Bəlkəmdə bu sözlər oxuduğun an qəlbinə bir bıcaq saplayacaqdır o mənli günlərdən xatirimizdə ən acı ən, iyrənc gün qalacaqdır.
Nə qədər taleyi bədbəxt olanalar sonradan ayağa qalxıb dirilib deməli bir insan sevmir yalandır onun məhəbbəti kinə çevrilib.
Ehtiyac duyduğun zamanlarda mən sənin yorğanındım soyuqdan kəsə deməli başqası gəlib qəlbinə mənim əvəzimdən doğmadır nəsə.
Nə deyə bilirəm acı bir kəlmə nə etdin qarşılıq olacaq bir gün bir arzum qalıbdır heç vaxt sevilmə peşman ol yaşayıb sən hər gün deyin.
Bitirib cümləmi sona yazıram bəlkə bu sözlərdə artıqdır sənə verdiyim əhdimi indi pozuram o saxta xəyalar yaraşmır mənə.
Fidan sanma səni xatırlayacaq bu gediş son gediş ağılında tut mənim əvəzimdə mən olmayacaq onunçun ömürlük sən məni unut………………
Bu dünyada vəfa yoxdur
Bu dünyada vəfa yoxdur olsa – olsa qəm gətirər gül sandığın tikan olub çəmənlikdə kol bitirər sevən insan vicdan bilib ürəyində yar götürər niyə mənim taleyimi belə yazdım ulu tanrım? yəqin məndə günhakaram öz yolumu bir az azdım……………..
Qəlbində bir insaf varsa doğru görüb doğru düşün nə mənası acı sözlə , təhqir edib pis söyüşün yaxşılığı savab üçün gösdər deki budur işim niyə həyat amansızdır bizə qarşı ulu tanrım? ürəyimdə insafsıza özü boyda məzar qazdım.
Məni dost bil deyən kəslər gün gəlincə qaçıb getdi bir yuxu tək yatmış olan arzularda gözdən itdi bir gün varam , bir gün yoxam kim axdardı mərak etdi niyə insan övladının sözü belə ulu tanrım? yalan olan yerdə məndə doğru olan şer yazdım.
Ürəyimi üzən qəmdən sevinc bilib tutan Fidan hər kölnünü yaxın bilib sonra səni yalan yozan qulağıma səhər tezdən dinlədiyim duam Azan məni daha sınaq etmə yorulmuşam ulu tanrım yaşadığım bu ömürdə kaş heç birdə olmayaydım………………
Artıq o günlərim geridə qalıb
Nəyin cəzasını çəkdirdin mənə? Guya ki sən özün əzab çəkmədin İsdəsən daha çox sevə bilərdin Sevməyə cəsarət edə bilmədin.
İndi düşünürsən sənsiz ölmüşəm unutma o sevgi nağılda qalıb danmıram bir zaman məndə sevmişəm artıq o günlərim geridə qalıb.
Səni dünənimdə qoyub gedirəm sabahım yeni gün gətirəcəkdir sanmaki bir daha sevə bilmərəm bu qəlb sənsiz belə seviləcəkdir.
Duyğular bitəndə insan soyuyur ətrafda min insan olsada belə ürək yalanlardan o qədər doyur sevirəm kəlməsin gətirmir dilə.
Təssüf bu dünyamın qonağı oldun Fidan hər gedişin bir dönüşü var bir gün hər şeyimdin indi yox oldun gedənin yerini zaman doldurar…………………
* * *
Susqun ürəyimi açıram sənə sanma ki unudub sevəcəyəm mən bir söz tapsam əgər ağlar qəlbimə yenidən dünyaya göz açaram mən.
Bu həsrət nə qədər incitsə məni günahı özümdə axdaracağam demirəm unudub məndə dünəni sabahdan günəşlə yarışacağam.
Əllərim soyuyub buza dönsədə o isti nəfəsin gözlərimdədir ömrümün çırağı daha sönsədə sevgin əbədiyən ürəyimdədir.
Fidan bir ürəyə qonaq olma heç sonunu ayrılıq yazır bu kədər bir xoş xatirə tək anıb səndə keç bir gün gəldiyi tək o dönüb gedər…………….
Bir rəsimə görə sevirlər indi
Bir rəsimə görə sevirlər indi neyləsin zəmanə insanlıq ölüb indi ən bahalı qəlbin cibindi kasıbda pul olmur cibi sökülüb.
Axdarır ağ atlı oğlan yerinə indiki qizlarin çoxu ” ağ nissan” nə bir söz tapılır nə də bir cümlə ən çox pulu olan sayılır insan.
Sevgilər düşübdür qiyməti yoxdur hərkəsin öz tərzi öz sevgisi var soruşma heç kimdən qiyməti nədir o qədər ucuzdur alan tapılar.
Nə deyək hər insan bir cür yaşayır bəlkəmdə ən rahat yoluda budur nə deyək sizlərə ay saxtakarlar sizinkimilərdən hər yan doludur.
Ay Fidan bəsdir bu yalanları sən vecinə aldıqca gücün tükənər ən gözəl qoy qalsın hər kəs özüyçün kim kimi isdəyir onu da sevər.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ