Bəzən kədərdən gözlərim yaşla dolur,
hönkür-hönkür ağlayıram. Ancaq çoxları ağlamağımı bir zəiflik əlaməti kimi qəbul
edir. Axı məni güclü, cəsarətli, iradəli xanım kimi tanıyırlar. Halbuki mən də
insanam, mənim də ürəyim, hisslərim, duyğularım, qəlbim var,mən də hərdən o göz
yaşlarımı biruzə vermək istəyirəm. Bəzən mənim də tənha bir otağa çəkilərək
doyunca ağlamağa, ürəyimi boşaltmağa ehtiyacım olur. Yox, sadəcə ağlayanda, mən tək
qalmaq istəyirəm,göz yaşlarımı 4 divar,boş otaq və
mən görməliyəm,istəmirəm ki insanlar mənim göz yaşlarımı görüb məni zəif bilib
sevinsinlər,dost var düşmən var,biri adamı sevir,digəri sevmir.Ağlayanda gərək
ya tək, heç kim görməyəndə ağlayasan,ya içində ağlayasan,yaxud da heç ağlamayasan,amma
o da mümkün deyil,çünki,hərdən elə anlar, elə məqamlar olur ki,
ağlamamaq qeyri-mumkündür. Və bu zaman otağımın ən gizli küncünə çəkilib
ağlayıram. Heç kim bilmədən ağlayıram. İçimdəki acıları hiss edərək ağlayıram.
Çünki artıq içimdə saxlaya bilmirəm. Bax, beləcə, ovundururam özümü. Həyatda elə
insan varmı ki, bir dəfə də olsa ağlamasın? Məncə, yoxdur, ona görə ki, sevincdən
də göz yaşları axıdırıq. Axi mən də insanam. Necə yəni, axı
mən daş deyiləm,məni də bir ana doğub.Bəyəm mənim haqqım yoxdur.Mən
çox,kövrək və həssas insanam.O üzdən də başqaları kimi, mən də kədərli günlərimi göz yaşlarımla
ifadə etmək məcburiyyətində qalıram.Hərdən mənə elə gəlir ki, göz yaşlarım selə
dönüb axacaq, çünki əlimdən başqa heç nə gəlmir, sadəcə, ağlamaq, ağlamaq istəyirəm,
elə ağır
anlarım olur ki,özümə nifrət etməkdən başqa əlimdən heç nə gəlmir,sadəcə
ağlamaq və özümü təqsirləndirmək.Təqsirləndirmək ki,axı niyə mən bəziləri kimi
qalınqabıq olar bilmirəm,hər şeyi ürəyimə salıram və buna görə əzab çəkirəm.Niyə
hər şeyi vecimə alıram və daha da əsəbləşirəm. Bəyəm mən əsəblərimi küçədən
tapmışam,əsəblərim dəmirdəndir?.Hətta elə olur ki, əsəblərim göz yaşlarıma belə
sakitləşmir.Onlarda
artıq öz etirazını bildirir. Bu məqamda hətta üsyan qaldırmaq istəyirəm, içimdəki o zəifliyi, həssaslığı
boğmaq istəyirəm, amma göz yaşlarımla yox. Məgər biz bunun üçünmü yaranmışıq?
Biz deyilikmi dünyaya gözəllik, yeni həyat bəxş edən, körpələri nəfəsimizlə
isidən, yer üzünü şəfqətimizlə nura qərq edən? Mən hətta yıxılanda da
ağlamıram, özümü ələ almağı bacarıram, yara nə qədər sızıldasa da, ağrı nə qədər
əzab versə də dözürəm. Amma içimdə özümü yeyirəm, fəryad qoparır, od tutub
yanıram, sadəcə, bu hissləri büruzə vermirəm. Canım ağrıyanda deyirəm: ”Ay
ağrı, nə olar, içimdə ağla, özünü mənə içimdə
göstər, üsyan qaldır, nə istəyirsən elə, amma başqalarına bunu göstərmə,
axı mən güclüyəm, məni pərt etmə”. Bəziləri deyir ki, “Sənə ağlamaq, göz yaşı
axıtmaq yaraşmır. Hanı o cəsarətli, üsyankar, çılğın qız? Biz alışmamışıq səni
bu vəziyyətdə görməyə”. Mənim də onlara cavabım belə olur: “Siz mənim qəlbimə
girib durumumu hiss etmirsiniz, ancaq əlinizdən təsəlli və məsləhətlər vermək gəlir,mənimlə birgə bu dərdi,bu kədəri
bölüşə bilsəniz,mənim yerimdə olsanız,məni anlaya bilsəniz, onda mən bir daha
ağlamaram,daha güclü olaram,ona görə də rahat buraxın məni”. Mən istəmərəm ki,mənim göz
yaşlarımı düşmənlərim görsün,imkan vermərəm ki,onlar mənim bu durumumdan
istifadə edib, zəifliyimi görüb sevinsinlər,gülsünlər,mənə zəif desinlər.Mən
ağlamağı sevmirəm, amma ağlamağa məcburam,məcburam çünki mənə görə,mənim yerimə
heç kim ağlamayacaq. Ağlamaqdan heç vaxt utanmıram, çünki mənim kövrək gəlbim, incə ürəyim
var. Ağlamaq
istəyəndə isə sadəcə özümə təssəli tapıb deyirəm: “Ağlama Leyla, sakitləş, sənin
ağlamaq vaxtın deyil,güclü ol,mübariz ol,təmkinli ol,özünü əla al,cəsarətini
heç vaxt itirmə, daima başın yuxarıda olsun, irəli get”.Mən də qadın kimi yaşamaq istəyirəm.Zəif,
zərif, kövrək xanım kimi həyatımdakı acılı-şirinli xatirələrlə başbaşa qalmaq
istəyirəm. Heç kəslə boş, mənasız mübahisələrə girməyən, hər cür roldan uzaq
olan bir qadın kimi. O da var ki, əgər ağlaya biliriksə, deməli, hələ də insanıq.
Leyla Namazova- Ağlaya biliriksə, deməli, hələ də insanıq.
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ