Sabirdən Salama salam...

Bu yazıya counter dəfə baxılıb
İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəsli çağa,
Etdiyi tədrisi ilan-qurbağa,
Dərs deyil, hərzəvü hədyandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (Sabir)

İnsan bilmədiyinin düşmənidir
Bu yaxınlarda Salam Sarvanın bir müsahibəsini oxudum... Həmin bu müsahibə məni çox sarsıtdı. Əruzda bir misrası belə olmayan Salam Sarvanın klassik divan şeirinə qənim kəsilməsi məni çox düşündürdü, lakin dahilərdən birinin sözünə istinadən anladım ki, həqiqətən də insan bilmədiyinin düşmənidir...
Acınacaqlısı da odur ki, Azərbaycan əruz şeirində inqilab etmiş Mirzə Ələkbər Sabirin ədəbiyyatdan silinməsini istəyən “düha” Salam Sarvan, bilmirəm anlamır, ya da anlamaq istəmir ki, Sabiri ədəbiyyatdan silmək qeyri-mümkündür! Çünki M.Ə.Sabir ədəbiyyatımızda özündən sonra silinməz iz qoyub. Eyni zamanda ədəbiyyatımızda əbədi bir məktəb yaradıb. Hətta bu gün belə onun davamçıları müstəsna xidmətlər göstərirlər ədəbiyyatımız üçün.Görəsən Salam sonuncu dəfə Sabirin “Hophopnamə” kitabını nə vaxt oxuyub? Ümumiyətlə heç onun yaradıcılığı ilə tanışdırmı?! Məncə o, oxumayıb... Əgər oxumuş olsaydı, Salam özünü “düha” hesab edib, belə düşüncələrə qapılmazdı. O, mütləq şəkildə anlayardı ki, Sabirin bir şeiri onun külliyatından azı min dəfə artıqdır. Mən əminəm ki, Salam, Sabiri oxumuş olsaydı, onun ədəbiyyatdan silinməyinə əsla könlü razı olmazdı... Əksinə onu dünyaya tanıtmağı sadəcə istəməzdi, eyni zamanda hər kəsdən tələb edərdi! O, nəinki, Sabiri ədəbiyyatdan silmək sözünü dilinə gətirərdi, heç qoymazdı ki ağlından belə bir şey keçsin. Həm də Salam yaxşı anlayardı ki, ciddi ədəbiyyatda onun yeri yoxdur. Həmçinin, düşünərdi ki, o ədəbiyyata yox, ədəbi mühitə gəldiyi vaxtlarda ədəbiyatda yaranan boşluqlardan birinə düşüb. Həm də onu da anlayardı ki, onu o boşluqda saxlayan quvvələrin özləri də ciddi ədəbiyyatçılar deyillər... Ondan ötrü ciddi ədəbiyyatçılar deyillər ki, onlar Salamın zəncirvari çərçivə dairəsini qıra bilməyiblər. S.Sarvan bir şeyi də dəqiq görərdi ki, onun karvanı ondan on il əvvələ şütüyüb. Mənim ədəbi müqayisələrimə görə, Salamdan sonra ədəbiyyata gələnlərin çoxu onu ötüb keçiblər. Yəni, Salam onlardan çox geridə qalıb. Mən əminəm ki, bu yazını oxuyan Salamçıların bir qismi məni qınayacaqlar, digərləri də bəlkə güləcəklər ki, mən bu yazı ilə özümü reklam edirəm... Qınayanlardan xahişim budur ki, qınamamışdan öncə, mənimlə Salamı, yox, əgər müqayisəyə gəlirsə, Salam yaradıcılıqı ilə, Sabir yaradıcılığını müqayisə edin. Amma mənim kimi qərəzsiz müqayisə edin. O zaman dəqiq bilirəm ki, məni qınamayacaqsınız... Mənə güləcək olanlarasa sözüm budur ki, mənə belə yolla reklam qəti şəkildə lazım deyil!
Mən Salamdan tələb edirəm ki, o, mənə Sabirin ədəbiyyatdan silinməli olması ilə bağlı tutarlı arqumentlər gətirsin... Əgər gətirə bilməyəcəksə, onda öz sükutu ilə bildirsin ki, onun məhz Sabir haqda dedikləri bir cəfəngiyyatdır...
Mənsə bunu Salamın ədəbi şou yaratması kimi qəbul edir…

Gülbala Dadaş
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ