"27 ildən sonra"-Cəlaləddin-REPORTAJ

Bu yazıya counter dəfə baxılıb


"Günün kitabı" adı altında milli-mənəvi dəyərlərə dayanan əsərlərin müzzakirəsinə start verilib.
Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyi, Milli Düşüncə İnstitutu İctimai Birliyi, Alp nəşrləri və eqoist.net-in birgə təşkilatçılığı ilə keçirilən müzakirənin ilk qonağı Yazıçı Cəlaləddinin "27 ildən sonra" romanı olub.
Müzakirədə ədəbi ictimaiyyətin, ziyalıların və gənclərin iştirakı ilə baş tutub.
Gülnar Əhməd- Moderator,yazar

"Bu gün sırf milli məsələnin yer aldığı kitabların müzakirəsinə başlayırıq. İlk olaraq, Cəlaləddin bəyin "27 ildən sonra" romanını ictimaiyyətin müzakirəsinə təqdim edirik. Roman milli faciələrimizi özündə əks etdirir. Janr olaraq isə, burda macəra, mistika, döyüş səhnələri və Xocalı ilə bağlı ciddi faktlar yer alıb.
Cəlaləddin eyni zamanda romanda bu gün unuudulmaqda olan ağsaqqallıq institutu haqqında da geniş söhbət açıb. Əsər həm də, geniş məkanı əhatə edir. Azərbaycandan kənar- Əfqanıtan, Almaniya və Macaıstan kimi Avropa ölkələrini də əhatə edir. Əsərdə milli qəhrəmanlarımız,əsir düşmüşlər haqda da söhbət açılır".
Qeyd etdiyimiz mübət cəhətlərlə yanaşı əsədə çatışmazlıqlar da var. Əvvəla ronada bir neçə yerdə araşdırma xarakterli hissələr var ki, onlar  oxucunun fikrini yayındırır və əsərin axıcılığını azaldır. İkincisi yazar əsərdə bir çox hadisələrə yer verməyə çalışıb ki, bu faktlar da digər hadisələrə uğurlu kombinasiya olunmayıb.

 Oktay Hacımusalı-yazar

"Qloballaşan dünyada milli tanıtıma , özəl dərdələrin dilə gətirilməsinə,unudulmamasına ciddi ehtiyac var. Ədəbi mühit də qloballaşmadan yan keçmədi, postmodernizm adı altında yad fikirlər dilə gətirildi, təbliğ edildi. Son iyirmi il boyunca durmadan çılpaq ədəbiyyat əxlaqa ciddi təhlükə yaratmağa başladı.
İndi bu ədəbiyyatın qarşısına çıxmaq üçün yeni, milli ədəbiyyat örəyi olan "27 ildən sonra" romanını təbliğ edirik. Axı bu Qarabağ haqdadır? Biz hamımız qarabağlı deyilikmi?  Vətən anlayışı, onun baş qəhrəmanı olan bir insanın vətəni yenidən qavramaq, itmiş yaddaşını bərpa etmək hamımızın ortaq problemi deyilmi?"

Cəlaləddin-müəllif

Bu kitab, hətta orta məktəblərdə geniş müzakirə edilməyə başladı. Burada Azərbaycan polisinin mühairbə bölgəsindəki fəaliyyətindən söhbət açılır. Burda Zori Balayanın və SerJ sarkisyanın şəxsən törətdiyi elə əməllərdən, dəhşətli faktlardan söhbət açılır. Burada almanların Azərbaycana köçü, tarixi əlaqələrimiz haqqında söhbət açılır. 1918-ci ildə almanların Azərbaycana gəlişinin 100 illiyi qeyd edilir. Amma, 1941-ci ildə onlar burdan sürgün edilir. Yerlərində isə erməni ailələri mıskünlaşdırılır. Kitabda 45 il Tovuz bölgəsində uşaq həkimi işləmiş erməni qadınının cinayət əməllərinə də yer ayrılıb.O qadın uşaq evndə işləyə-işləyə yüzlərlə uşağın ölümüə bais olur və sonra Ermənistandan milli qəhrəman olmaq tələbini edir.

Şamil Sabiroğlu-ziyalı

Xocalı ilə bağlı çox kitablar var. Əlbəttə, bu kitabın əsas üstünlüyü ürəklə yazılmasıdır.Bu da əsərin ruhunu, gücünü artıran əsas amildir.

Noyzalı Əliyev-yazar

Olduqca ciddi yazılmış əsərdir. Burada bir erməni qadınını illər boyu xalqımıza zülmündən danışlır.Həm də, ermənilərin əsas terror təşkilatlarında bəhs edir. Bunların da sırasına ASALA, DRO-308, Daşnakstün, Hnçak ın adı çox çəkilir. Daha bir maraqlı fakt da var ki, o zamanlar erməni birisi Hitleri hərbi nazirliyində təmsil olunmağa başlayır. O bir müddət əvvəl, sovetlərdən gedibmiş. Yəhudilərin soyqirimı ideyasını da Hitlerə o verir, qazala boğma, baraklarda məhv etmə kimi qəddar, dəhşətli ideyalar da ona məxsusdur.

Səriyyə Müslümqızı-Jurnalist

Mən xocalını özüm yaşamış adamam. Xocalıya getmək üçün Ağdama 32 ölkədən 60 -dan çox jurnalist gəlmişdi. 366-cı alayın rəhbəri junalistləri ora aparırdı. ABŞ-dan Tomas adlı jurnalist gəlmişdi. Yoldaşı da türk qızı Hicrəti xanım idi. Ona qoşulub, getmək istədim , icazə verilmədi. BTR-lərlə jurnalistləri meşəyə aparıb öldürülən xocalıları ermənilər kimi qələmə verirlər.Tomas mənə deyirdi ki, gördükləri erməni döyüşçüləri hamısı sərxoş idi, meşələr isə meyidlərlə dolu idi. Bütün əcnəbi jurnalistləri satın almışdılar. Bu kiatab da ölənlərlə bağlı çox şeyi yazıb. Amma, xocalıda daha çox ölən var. Statistika dəqiq deyil.

Əkbər Qoşalı

Tarixi janrda yazılmış bir əsərdir. Amma, əlbəttə , səhvləri də demək lazımdır. Daha çox diqqət yetirmək üçün, paylaşmaq üçün, əsəri tanıtmaq üçün burdayıq. Amma, təbliğatı da ilk olaraq dünyada yox,elə burda qurmaq lazımdır. Hər bir xaricdə olan gəncimiz Azərbaycan boydadır. O erməni gəncinə cavab verəcək gücdə olmalıdır. Bu günlərdə virtual Qarabağ mərkəzi də açıldı. İnşallah, imkan olar bu kitaba bir film də çəkilər.

Tariyel Faziloğlu
27 il nə deməkdir? romanın bu adı heç bir şeyi ifadə etmir. İnformasiya müharibəsi heç bir nüansı bağışlamır. Yazılarda ciddi tarixi səhvlər var. Biz sarı gəlini müdafiə edəndə ermənilər Naxçıvanı dünyaya çıxardılar ki, erməni torpağıdır. Ona görə də daha ciddi və dəqiq yanaşmalıyıq.













www.eqoist.net








Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ